Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli solo konsert verib. Gecədə keçmiş gəlini və nəvələri müğənnini tək qoymayıb. Keçmiş gəlini Canana M.İsgəndərliyə hədiyyə gətirib. Şəkildə Canana özü, keçmiş həyat yoldaşı Kərim və övladları yer alıb. Bu isə ifaçının xoşuna gəlməyib. Canana hədiyyəni açıq formada ona təqdim edib. O isə şəkli üzüstə qoyaraq görünməsini istəməyib.
Month: İyun 2026
Baş nazir aldığı hədiyyəyə görə HƏBS OLUNA BİLƏR
Polşa baş naziri Donald Tusk barəsində hədiyyəni qanunlara uyğun şəkildə qeydiyyata almadığı üçün cinayət işi başlana bilər. xeberde.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa baş nazirinə nadir tarixi əşya – 1745-ci ildə Polşa kansleri Andjey Zaluski tərəfindən Osmanlı imperiyasının böyük vəzirinə yazılmış məktubu […]
SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi ENİŞ ETDİ
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb. Bu barədə Serbiya mediası məlumat yayıb. Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi […]
ABŞ səfirinin Bakıda boş qalan kürsüsü
Səfir təyinatının gecikməsi bu dəfə nə ilə bağlıdır? ABŞ-ın Azərbaycandakı səfiri postu artıq 5 aya yaxındır ki, boşdur. Yada salaq ki, Mark Libbi yanvar ayında səhhətində olan problemlərlə əlaqədar istefa verib. Hələlik ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn, Mark Libbinin təyinatına qədər 1 ildən çox Azərbaycandakı səfirlik başsız […]
Ceyhun Bayramov İraqa GETDİ
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə xeberde.az-a XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Ukrayna Rusiyada yeganə olan strateji əhəmiyyətli zavodu vurdu
Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib. xeberde.az yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir. Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan […]
Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO
İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib. xeberde.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan […]
Mayın bəxtəvər bürcləri – hər şey yaxşıya doğru dəyişəcək
Astroloqlar 2025-ci ilin mayında bürcün beş əlaməti üçün mühüm dəyişiklikləri proqnozlaşdırırlar. Məhz bu dövrdə ulduzlar onlara ən əziz arzularını həyata keçirmək və yeni həyata addım atmaq şansı verəcəklər. Bəxtəvərlər siyahısına kim düşüb? Qoç May Qoçlara çoxdan gözlədikləri yeni imkanlar verəcək – cəsarətli ideya və ya layihəni həyata keçirmək şansı yaranacaq. Bu dövrdə özünüzə güvənmək və […]
Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI
Ağdaş rayonunda 53 yaşlı kişi bıçaqlanıb. xeberde.az-ın məlumatına görə, rayonda müğənni kimi fəaliyyət göstərən 53 yaşlı Yusif Hüseynova 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov tərəfindən xəsarət yetirilib. Bildirilir ki, Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovuntoy sifarişinə getməməsi olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis […]
Pensiyalar sabah ÖDƏNİLƏCƏK
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.










