Cəmiyyət Region Təhsil

Qara görə dərslər dayandırılacaq? – RƏSMİ CAVAB

Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.  Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu […]

Cəmiyyət

Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xeberde.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 22.01.2026-cı il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.

Cəmiyyət Hərbi Hüquq

DİQQƏT: Bu gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Dünyanın 50 ən yaxşı universitetini bitirən və ən azı üç il Ermənistanda işləyən vətəndaşlar icbari hərbi xidmətdən azad olunacaqlar. Bəs dünyanın aparıcı universitetlərini bitirən azərbaycanlı gənclər üçün oxşar stimulların tətbiqi müzakirə mövzusu ola bilərmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünyanın aparıcı universitetlərini bitirərək müəyyən müddət Azərbaycanda çalışan gənclərin […]

Cəmiyyət

Qrup diet proqramlarından istifadə edənlərə XƏBƏRDARLIQ

“Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb”. xeberde.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə göə bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və […]

Cəmiyyət

Qanlı Yanvar qırğını.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, […]

Cəmiyyət

“Bakı əməliyyatı”

   “Bakı əməliyyatı”na rəhbərlik birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov tərəfindən həyata keçirilirdi. Əməliyyatın hazırlanması və icrası zamanı beynəlxalq hüquq normaları və insan haqları kobud şəkildə pozulmuşdur. Tətbiq edilən fövqəladə vəziyyət haqqında əhali əvvəlcədən xəbərdar edilməmiş, bu isə dinc insanların təhlükəsizliyini tamamilə […]

Cəmiyyət

Məkrli niyyətlərin ifşası.

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində 20 Yanvar faciəsi qanla yazılmış, milli iradənin sarsılmazlığını nümayiş etdirən şanlı səhifələrdən biri sayılır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın, əslində, xalqın azadlıq istəyini boğmağa yönəlmiş məkrli niyyətlərin açıq təzahürü […]

Cəmiyyət

İnsanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.  Həmin tarixdə öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib.        Sovet qoşunlarının təcavüzü nəticəsində yaşından, cinsindən və milliyyətindən […]

Cəmiyyət Gündəm manset

Şeyxülislam və dini konfessiya rəhbərləri Şəhidlər xiyabanında – Fotolar

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. xeberde.az bildirir ki, ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.