Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Cəmiyyət
Adınıza kredit götürülmüş ola bilər – 11 il sonra öyrəndi
İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib. xeberde.az xəbər verir ki, o iddia edir ki, onun adına xəbəri olmadan kredit götürülüb. Onun sözlərinə görə, 2014-cü ildə 3 nəfər qrup şəklində İsmayıllı rayonunda fəaliyyət göstərən Aqrar Kredit Bankdan 4500 manat kredit götürüb. Həmin 3 nəfərin arasında Eminin də adı olub. Kreditin götürülməsindən 11 il […]
Rusiyaya getmək çətinləşir – İyunun 30-dan kod alınmalıdır
Artıq bundan sonra Rusiyaya getmək üçün artıq bilet almaq kifayət etməyəcək. xeberde.az xəbər verir ki, iyunun 30-dan etibarən əcnəbilər Rusiyaya getmək üçün ölkəni 72 saat əvvəldən xəbərdar etməlidir. Əgər elektron formada həmin şəxsin ölkəyə gəlişinə icazə verilərsə, ona xüsusi kod təqdim ediləcək.
Niyə kartında pul olana zəng gəlir? Bizi “satan” kimdir?
Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün – bəli, hər gün – vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir. Açıq görünür ki, bu, artıq […]
Bu halda aliment ləğv olunur – AÇIQLAMA
Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər. Aliment ödəyən valideyn vəfat edərsə, bu […]
Çayı belə içmək xərçəng yaradır
Səhər yuxudan oyanan kimi əlimizin uzandığı ilk şey adətən bir stəkan dəmli çay olur. Xüsusilə Azərbaycan mədəniyyətində çayın yeri ayrıdır; səhər yeməyində, qonaqlıqda, istirahətdə… Ancaq bir çoxumuz fərqinə varmadan sağlamlığımızı təhlükəyə atırıq. Çünki çox adam əvvəlki günün dəmlədiyi çayı ertəsi gün yenidən qızdırıb içir. Halbuki bu məsum görünən vərdiş, ciddi sağlamlıq riskləri yaradır. Alimlər bildirir […]
Leyla Əliyevanın təşəbbüsü Xızıda həyata keçiriləcək
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır. IDEA İctimai Birliyinin mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, layihəyə cəlb olunacaq 20 gənc […]
Sosial xidmətlərin əhatə dairəsi daha da genişlənəcək
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib və Qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xeberde.az-a verilən məlumata görə, yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın […]
“TikTok”da müəllimlər üçün MÜSABİQƏ
Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan “TikTok”, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. xeberde.az xəbər verir ki, müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi […]
Pomidor 5, xiyar 2 manat – Bahalıq meyvə-tərəvəzi də dadından saldı – Reportaj, FOTOLAR
May ayının əvvəllərində Bakının bir sıra iri bazarlarında meyvə-tərəvəz qiymətlərində ciddi artım müşahidə olunur. Xüsusilə mövsümi məhsulların qiymətindəki bu dəyişiklik alıcıların narazılığına səbəb olub. “Keçən il bu vaxtlar çiyələyi 2 manata alırdım, indi 5 manat istəyirlər. Heç kimin maaşı artmayıb, amma qiymətlər uçur,” – deyə “Vosmoy” bazarında alış-veriş edən Zümrüd Məmmədova narazılığını bildirir. O, alça […]










