Cəmiyyət

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik

   Azərbaycanın xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, dövrün çağırışlarına uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsi prioritetdir. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin davamlılığı, həmçinin respublikamızın bu və ya digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı özündə mühüm məqamları əks etdirir. Bu baxımdan Kamboca Krallığının Baş naziri Hun […]

Cəmiyyət

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir

    12 oktyabr 2026-cı il tarixində Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfər etmişdir. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri Hun Manet arasında rəsmi qarşılanma mərasimi keçirilmiş, həm məhdud, həm də geniş tərkibdə görüşlər baş tutmuşdur. Keçirilən görüşlərdən sonra tərəflər mətbuat üçün birgə bəyanatlarla çıxış etmişlər. ​    Səfər çərçivəsində […]

Cəmiyyət

“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur.

     Müasir dövrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin olunması hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu sahədə həyata keçirdiyi uğurlu islahatlarla bir çox ölkələr üçün nümunəyə çevrilmişdir. Ölkəmizdə yaradılmış “ASAN xidmət” modeli dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə yüksəlməsinə, dövlət xidmətlərinin daha əlçatan və operativ göstərilməsinə böyük töhfə verir. […]

Cəmiyyət

İkitərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Kamboca arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün yaranan imkanlar diqqət çəkir. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan müzakirələr iki ölkənin əməkdaşlıq […]

Cəmiyyət

Qarşılıqlı fəaliyyətə töhfə

Son illərdəki yüksək səviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetlə baş tutan görüş bunu bir daha təsdiq etdi  və,  Prezident İlham Əliyevin xarici siyasətdə dərin zəkasını nümayiş etdirdi. İki ölkə arasında syasi dialoqun dərinləşməsi, […]

Cəmiyyət

Sülh və təhlükəsizlik amalımızdır

Oktyabrın 12-də Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə mətbuata birgə bəyanatda xeyli mühüm məsələ öz əksini tapmışdır. Bunlardan biri təhlükəsizlik məsələsidir. Dövlətimizin başçısı qeyd etmişdir ki, hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Hər iki ölkə üçün […]

Cəmiyyət

Azərbaycan-Kamboca əlaqələri dərinləşir

Azərbaycanla Kamboca arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə […]

Cəmiyyət

Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq

Beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar çərçivəsində bir-birinin mövqeyini müntəzəm və qətiyyətlə dəstəkləyirlər. Dövlətlərarası siyasi dialoqun yüksək səviyyəsini dəyərləndirən Prezident İlham Əliyevin iki ölkənin yaxşı dost və tərəfdaş olduğunu qeyd edib: “Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal […]

Cəmiyyət

Birgə təşəbbüslər aktuallaşır

Cari il oktyabrın 12-də Bakıda keçirilmiş mətbuat konfransında Azərbaycan və Kamboca liderləri tərəfindən bəyan edildiyi kimi, sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa, ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır. Çoxtərəfli müstəvidə beynəlxalq […]

Cəmiyyət

Azərbaycanla Kamboca arasında iqtisadi əlaqələrin inkişafı prioritetdir

Azərbaycan dövlətinin xarici siyasəti açıq siyasətdir: “Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Kamboca krallığı ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də […]