Cəmiyyət

Xalqın və millətin milliliyini saxlayan onun dilidir

      Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. […]

Cəmiyyət

Ana dilimizi qoruyub saxlamaq müqəddəs borcumuzdur

      Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində […]

Cəmiyyət

Bakıda ucuz maşın fırıldağı – Diqqətli olun!

Bakıda ucuz qiymətə satışa çıxarılan maşın “tələ” imiş. xeberde.az  bildirir ki, dələduzlar elan saytlarından birinə 2300 manata BMW markalı maşın yerləşdirərək fırıldaqla məşğul olurlar. Onlara zəng etdikdə maşının Oğuzda olduğunu və saxlamaq üçün beh gərəkdiyini bildirirlər. Onlar beh götürdükdən sonra nömrəni bloka ataraq aradan çıxırlar. Bu barədə məlumat Bimmer Club Azerbaijan qrupunda paylaşılıb.(milli.az)

Cəmiyyət Gündəm

Bu xəstələr üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edildi

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. xeberde.az bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.

Bölgə Cəmiyyət Gündəm

Vuqar Qurbanov 4 xəstəxanaya yeni direktor təyin etdi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumata əsasən, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini […]

AKTUAL Cəmiyyət

Azərbaycanda tualet rüsvayçılığı məşhur memarı dilə gətirdi – FOTOLAR

Azərbaycanda illərdir həllini tapmayan, amma gündəlik həyatın ən sadə ehtiyaclarından biri olan problem həllini tapmır ki, tapmır. Böyük şəhərlərdə də, rayon mərkəzlərində də, hətta ölkənin əsas magistral yollarında bu problem özünü göstərir. Bu, sadəcə rahatlıq məsələsi deyil, gigiyena, ictimai sağlamlıq və mədəniyyət məsələsidir. Musavat.com xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin […]

Cəmiyyət Gündəm Hadisə Kriminal manset

Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ

Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub. xeberde.az-ın məlumatına görə, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət […]

Cəmiyyət

Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % […]

Bölgə Cəmiyyət

Həmin xəstəxananın direktoru İmran Qurbanov oldu

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. xeberde.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq Əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Xatırladaq ki, ötən həftə “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub. Bundan əvvəl Qusar RMX-də pasiyentlərə vaxtı […]

AKTUAL Cəmiyyət

“Sağlam həyat tərzi zehni gücü artırır”

93 FM dalğasında yayımlanan “Sağlam radio” nun qonağı olan Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Baş həkimi Leyla Bəşirova qorxuların aradan qaldırması və idarəetməsi üçün özünəkömək strategiyaların mövcudluğunu qeyd edib. xeberde.az xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə qorxunu qəbul edib, tanımaq lazımdır: “Əvvəlcə özünüzə etiraf edin: “Hə, mən qorxuram”. Bunda heç bir qəbahət […]