Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb. xeberde.az xəbər verir ki, bununla bağlı Prezidendt İlham Əliyev müvafiq Qanun imzalayıb. Qanuna əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılıb.
Cəmiyyət
Valideynlər pedofiliyanı necə tanıya bilər? – Bunlara diqqət edin
Pedofillər çox vaxt belə görünür: Şirin, mehriban, diqqətli böyüklərdir, uşaqlara çoxlu hədiyyələr alar, onları xüsusi hiss etdirməyə çalışırlar. xeberde.az xəbər verir ki, bunu psixoloq Ceyran Qədirova deyib. O, pedofil şəxslərin digər əlamətlərini aşağıdakı kimi sadalayıb: “Tək qalmaq üçün bəhanələr uyduranlar” – “birlikdə oyun oynayaq”, “film baxaq”, “yataq otağında yeni oyuncaqlar var” kimi ifadələrlə uşağı tək qalmağa çəkərlər. […]
Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək
“Azəristiliktəchizat” ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək. xeberde.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, sabah paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, […]
Bakının bu çimərliklərində çimmək tövsiyə OLUNMUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabatı göstərir ki, paytaxt və ətraf ərazilərdə yerləşən bəzi çimərliklərdə dəniz suyunun təmizliyi qənaətbəxş deyil. Şıx və Pirşağı kimi çimərliklərə çirkab suların axıdılması səbəbindən bu ərazilərdə çimmək tövsiyə olunmur və sağlamlıq baxımından təhlükəli hesab edilir. Bunu xeberde.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib. O […]
22 illik müavinini son mənzilə yola sala BİLMƏDİ
Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirinin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. Mərhumla vida mərasimi bu gün – 4 avqust tarixində Gənc Tamaşaçılar Teatrında baş tutub. Vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Onun cənazəsi böyük izdihamla I Fəxri Xiyabanda torpağa tapşırılıb. Elçin Əfəndiyev həm […]
Elçinlə vida – FOTOREPORTAJ
Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib. Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm […]
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.
Bütün süni maneələrə və məhdudiyyətlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz prinsipial mövqeyini daim qətiyyətlə müdafiə etmişdir. Onun milli kimliyə və dilə verdiyi dəyər müstəqillik düşüncəsinin ayrılmaz hissəsi idi. Sovet hakimiyyətinin ideoloji təzyiqləri altında belə Heydər Əliyev milli dili qorumağı xalqın varlığının və milli-mənəvi dəyərlərinin başlıca dayağı hesab edirdi. Dövlət […]
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
1995-ci ildə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması bu siyasətin təməl daşlarından biri oldu. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Prezident Fərmanı dövlət dili ilə bağlı hərtərəfli və […]
Xalqın varlığının, simasının və mənliyinin aynası
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili […]
Ulu Öndər Heydər Əliyev Ana dilimizi milli dəyər səviyyəsinə yüksəltdi
Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. […]










