Cəmiyyət

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur.

Qloballaşan dünyada nəqliyyat və logistika sistemlərinin inkişafı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Beynəlxalq ticarətin genişlənməsi, yükdaşımaların sürətləndirilməsi və yeni bazarlara çıxış imkanlarının yaradılması nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini daha da artırır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu sayəsində beynəlxalq yükdaşımaların mühüm iştirakçılarından birinə çevrilib. Ölkəmizin […]

Cəmiyyət

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Belə dövlətlərdən biri də […]

Cəmiyyət

İki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub.

   Azərbaycan və Vyetnam arasında iqtisadi-ticari əlaqələr son illərdə müsbət dinamika ilə inkişaf edərək ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilmişdir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi iqtisadi əməkdaşlığın genişləndiyini göstərən mühüm göstəricidir. Bu nəticə hər iki dövlətin qarşılıqlı iqtisadi maraqlarının və ticarət əlaqələrinin inkişafına verdiyi önəmin ifadəsidir. […]

Cəmiyyət

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin

Bakıya unudulmaz səfəri iki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir.    Azərbaycan və Vyetnam arasında münasibətlər uzun illərin dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etibara əsaslanır. Təxminən yetmişillik tarixə malik olan bu əlaqələr müxtəlif dövrlərdə inkişaf edərək bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. İki ölkə arasında dostluğun təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi […]

Cəmiyyət

İki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub.

“2025-ci ilin yekunlarına görə, Azərbaycan-Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub”. Cənab Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: […]

Cəmiyyət

Ağdamın işğalı.

   Ağdam rayonunun işğalı Qarabağ münaqişəsinin ən ağır və faciəli hadisələrindən biri kimi Azərbaycan tarixində dərin iz buraxmışdır. Rayon uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il iyulun 23-də Ağdam ərazisinin böyük hissəsinin işğalı ilə nəticələnmişdir. Ümumi sahəsi 1094 kvadratkilometr olan rayonun 882 kvadratkilometri, o cümlədən rayon mərkəzi və 90 kəndi işğal altına düşmüşdür. Bu […]

Cəmiyyət

Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri.

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında həm dərin hüzn, həm də milli qürur hissi ilə əlamətdar olan mühüm gündür. Uzun illər işğal altında qalan Ağdamın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin və milli iradənin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Vaxtilə düşmən tərəfindən viran qoyulan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün Prezident, […]

Cəmiyyət

Şanlı zəfərimizin əbədiləşdirilməsi.

20 Noyabr – Ağdam şəhəri günü müqəddəs və şərəfli səhifələrdən biridir. Otuz ilə yaxın davam edən işğal dövründə düşmən tapdağı altında qalan, daşı-daş üstündə saxlanılmayan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində bir güllə belə atılmadan azadlığına qovuşdu. Vətən müharibəsində qazanılan şanlı […]

Cəmiyyət

Ağdam rayonunun yaradılması.

Azərbaycanın gözəl guşələrindən olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Ağdam uğrunda 42 gün davam edən döyüş Ağdam ərazisinin 73 faizinin işğalı […]

Cəmiyyət

Ağdamın işğalı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no­yabrın 20-də xalqa müraciətində Ağdam ra­yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının […]