Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə deyib ki, ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar […]
Cəmiyyət
Çinin COP29-da iştirakı əlamətdar hadisə oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədədeyildiyi kimi, Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. İkitərəfli münasibətlərin […]
Çin-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanır
Son illər Azərbaycan Respublikasının xarici siyasət hədəflərindən birini də Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsi təşkil edir. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, […]
“Filosof dindar ola bilməz” deyənlərə cavab: Ayıb olsun!
“Filosof dindar ola bilməz! Dini fəlsəfə təbliğ edə bilməz!”- deyə şivən qoparan “dostlara”, “ziyalılara”dır sözüm. Fəlsəfə tarixindən xəbəriniz yoxdur. Bu, aydındır. Yoxsa, Pifaqordan, Heraklitdən, Platondan, Konfutsidən, Tusidən, Sührəverdidən, Berdyayevdən sonra hansısa filosofun din mövqeyində dayanaraq fəlsəfə etməsinə dəvə nalbəndə baxar kimi çəp-çəp baxmazdınız”. xeberde.az xəbər verir ki, bunu tanınmış filosof, fəlsəfə elmləri namizədi Müşfiq Ötgün deyib. “İllərdir […]
Metroda düyməni basanlar cərimələnəcək – AÇIQLAMA
Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroda olan düyməni isə bəzən sərnişinlər sıxlıq səbəbindən, bəzən də qəsdən basırlar. XEBERDE.AZ xəbər verir ki, sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər paylaşılıb. Sərnişin düyməni sıxaraq “bu düyməni basmağın cəriməsi nə qədərdir?” deyə soruşur. Sual qarşısında nə deyəcəyini […]
“Putyovka” almaq istəyənlərin NƏZƏRİNƏ – Yeni qayda
Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi prosesinin yeni qaydası müəyyənləşib. xeberde.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bununla bağlı müvafiq qərar verilib. Artıq bir müddətdir yollayışların verilməsi prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Belə ki, vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa “Kurort” Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər. Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi […]
Bakı metrosunda maşinisti ələ salan qadın 200 manat cərimələndi
Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib. DİN-dən xeberde.az-a bildirilib ki, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib. Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin maşinistlə rabitədən bir […]
AZAL Bakıdan Şımkentə reys açır
Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq. xeberde.az xəbər verir ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, […]
Yağış yenidən başlayır – XƏBƏRDARLIQ
Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən […]
Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK – Hamısı bu rayonun ərazisindədir
Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var. xeberde.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib. O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur. “Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə […]










