Bölgə Cəmiyyət

Qazi Xocalıda özünə toy etdi – FOTOLAR

Sentyabrın 1-də 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı quruldu. xeberde.az xəbər verir ki, uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu  doğma yurdda keçirib. Aişə xanım bu gün Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur. Xankəndi şəhərində, […]

Bölgə Kriminal

Gədəbəy sakini atasını belə öldürübmüş – 34 illik SİRR AÇILDI

Gədəbəy Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə xeberde.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.  Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan […]

Bölgə

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb – YENİLƏNİB

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb. xeberde.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib. *** Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. xeberde.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb. Doğma yurda qayıdan sakinlər […]

Bölgə Hadisə

Gəlininin məzarına su götürmək istəyərkən – Kanalda boğuldu

Tərtər rayonunda kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovun ölümünün təfərrüatı məlum olub. xeberde.az bildirir ki, Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb. Yaxınlarının sözlərinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edirmiş. Bildirilib ki, o, hadisə günü də məzarlığa gedib […]

Bölgə

Gəncədə ürək əməliyyatı olunan qadın öldü

Gəncədə özəl xəstəxanaların birində əməliyyat olunan qadın bir müddət sonra ölüb. xeberde.az xəbər verir ki, Tərtər rayon sakini 1958-ci il təvəllüdlü Kəmalə Qasımova əməliyyatdan sonra evə aparılıb. Bir müddət sonra ürək əməliyyatı olunan qadının səhhəti ağırlaşıb və o, yenidən özəl xəstəxanaya gətirilib, lakin bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb.  Mərhumun meyiti müayinə olunmaq […]

Bölgə Hadisə manset

Körpüdən yıxılan müəllim öldü – FOTO

Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib. Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbin coğrafiya müəllimi Məmməd İslamovun bu gün saat 7:30-da Şəkidə “Qoxmuq körpüsü” adlanan yolötürücüsündən yıxılıb. O, çay yatağına düşərək həlak olub. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, M.İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən […]

Bölgə Hadisə

İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. xeberde.az  xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb. Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Bölgə Gündəm Siyasət

Paşinyandan ŞOK ETİRAF: Bu 3 kənd Azərbaycan ərazisidir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib. xeberde.az xəbər verir ki, onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır. Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi […]

Bölgə Hadisə

Cəlilabadda sürücü sükan arxasında öldü

Cəlilabadda sürücü qəza törədərək dünyasını dəyişib. Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən anidən halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənarına düşüb. Hadisə zamanı Sakit Abdinov ölüb. Ehtimal olunur ki, qəzadan öncə onun ürəyi tutub və […]

Bölgə Hadisə

Kür çayında yeniyetmə qız BATDI

Kür çayında yeniyetmə qız batıb. xeberde.az xəbər verir ki, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb. Gəncə şəhəri Məhsəti qəsəbə sakini, yaxşı təxminən 16-17 olan yeniyetmə qız (şəxsiyyəti dəqiqləşdirilir-red) çayın Yenikənd ərazisindən keçən hissəsində batıb. Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir. Fakta bağlı araşdırma aparılır.