Bölgə Gündəm Siyasət

Paşinyandan ŞOK ETİRAF: Bu 3 kənd Azərbaycan ərazisidir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib.

xeberde.az xəbər verir ki, onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır.

Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparıldığını vurğulayıb. Sözügedən sənəd keçmiş sovet respublikalarının inzibati sərhədlərini tanıyır.

“Bu məsələ həll edilməlidir, lakin hərbi yolla deyil. Bu, artıq bağlanmış keçmişin səhifəsidir”, – deyə baş nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir