Tovuzda azyaşlını elektrik cərəyanı vurub. Hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub. Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.//APA
Bölgə
Azərbaycanda repetitorluq edən müəllim həbs olundu
Mingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib. xeberde.az xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir – red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb. O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə […]
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
Kürdəmirdə 91 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi xeberde.az xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə Kürdəmir […]
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə xeberde.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Yeni icra başçısının iş yerində ilk FOTOSU
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Babayev sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib. […]
Lənkəranda gənc oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda bıçaqlanma hadisəsi olub. Hadisə rayonun kəndlərindən birində qeydə alınıb. İttiham aktına görə, 19 yaşlı Firuz Nəcəfov (şərti adla) yaşadıqları evdə anasının qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məmmədi (şərti adla) bıçaqlayıb. Buna səbəb Məmmədlə Firuzun anasının ayrılması, buna baxmayaraq, kişinin onların evinə barışmaq üçün gəlməsi olub. Məmməd qadınla barışmaq istəsə də, qadın razılaşmayıb və ondan evi […]
Prezident bu icra başçısını işdən azad etdi – SƏRƏNCAM
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, müvafiq sərəncamla bu vəzifəyə 2024-cü ilin 29 aprel tarixində təyin edilmişdi.
Goranboyda 60 qəpikdən domino oynayan şəxslər saxlanıldı
Goranboyda qumar oynayan şəxslər saxlanılıblar. xeberde.az xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb. 43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. Çay evində saxlanılan […]
İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR
27 Sentyabr – Anım Günü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ailələrini ziyarət edib.RİH başçısı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlər İsmayılov Anar, Ağayev Elçin, Qənbərli Rəşad və Əliyev Elməddinin ailə üzvləri ilə görüşüb. Xeberde.az xəbər verir ki, görüşlər zamanı Rafiq Cəlilov şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən, onların […]
Qarabağda 68 abidə tamamilə məhv edilib – RƏSMİ
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 68 tarix və mədəniyyət abidəsi tamamilə dağıdılıb, 114 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb. xeberde.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, 434 abidəyə dəymiş maddi zərərin məbləği hesablanıb. Hesablamalara əsasən, həmin abidələrə ümumilikdə 700 milyon 154 min […]










