Ana Səhfə

Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb

Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar. Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini […]

Siyasət

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və etibarlı strateji tərəfdaşlardır. Keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək mərhələyə qaldırıb və […]

Hadisə

Ləvəngi restoranın sahibi,Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib. Xeberde.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur. Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda Birinci […]

Ana Səhfə

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub. […]

Ana Səhfə

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub

Bakı, 9 dekabr, Elmir Səftərov, AZƏRTAC Hər il keçirilən Qlobal Bakı Forumu sülhü və dialoqu təşviq edir. Hazırda qlobal sülh və dialoq bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın uzun illər ərzində möhkəm təməllər üzərində […]

Ana Səhfə

Xanəndə qəza törətdi – Atası və 2 yaşlı oğlu öldü – Yenilənib

Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir. *** […]

Ana Səhfə

Baş nazir: Azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. “Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox […]

Ana Səhfə

Slovakiya hərbi orkestri “Qurban olum Azərbaycan” mahnısını ifa edib

Prezident İlham Əliyevin qəbul mərasimində Slovakiya hərbi orkestri “Qurban olum Azərbaycan” mahnısını ifa edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında paylaşım edib. “Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Slovakiyanın Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi […]

Ana Səhfə

Azərbaycan lideri: Slovakiya ilə aramızda çox dayanıqlı bağlantılar qurulacaq

“Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksək səviyyəyə qaldırdıq”. Bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib. “Bu gün görüşlər və müzakirələr zamanı, eləcə də tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir daha gördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cür əməkdaşlıq daha […]