Cəmiyyət

SƏRNİŞİNLƏRƏ ŞAD XƏBƏR! Bu marşrut üzrə bütün avtobuslar yenilənir

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

Bu barədə “xeberde.az”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir