AKTUAL Cəmiyyət

Bu gün “Bakı Metropoliteni”nə nə qədər ziyan dəyib? – RƏSMİ

“Sərnişindaşıma fəaliyyətinin dayandığı qısa müddət ərzində “Bakı Metropoliteni”nə texniki cəhətdən hər hansısa bir zərər dəyməyib”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov xeberde.az-ın sualına cavab olaraq deyib.

“Əslində kiçik bir insident hesab olunur, amma bunun nəticəsində Bakı metropoliteninin bütün sərnişindaşıma fəaliyyəti dayandırıldığından sərnişinlərdən bir daha üzrxahlıq edərək hadisənin nəticəsi qısa zamanda aradan qaldırılıb. Amma bundan sonrakı dövrdə təbii ki, müvafiq texniki araşdırmalara aparılacaq. Müvafiq qərarlar qəbul ediləcək və zərurət olarsa, ölkə ictimaiyyətinə tam şəffaflıqla məlumat veriləcək. 

“Bakı Metropoliteni”nə dəyən maddi zərər barədə danışmaq çox erkəndir. Amma texniki cəhətdən hər hansı bir maddi ziyanın dəyməsindən söhbət getmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir