Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri “Zəngi” liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur. “xeberde.az” xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. 300 bal topladığına hələ də tam inanmadığını deyən Muhammedali bir anda ölkə gündəminə gəlməsindən məmnundur. […]
Author: VUQAR FERZELIYEV
DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb
Bu gün Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib. Xeberde.az xəbər verir ki, iclasda çıxış edən nazir general-polkovnik Vilayət Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu vurğulayıb. V.Eyvazov bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən […]
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, politoloq Ramilə Sultan (Eminli)
Bakı – Müasir dövrdə şəhərlər artıq yalnız fiziki məkan deyil, texnologiya və idarəetmənin inteqrasiyası ilə formalaşan kompleks sistemlərə çevrilir.Politoloq Ramilə Sultan bildirir ki, bu transformasiyada süni intellekt (AI) əsas rol oynayır və şəhər idarəçiliyində yeni mərhələnin əsasını qoyur.Onun sözlərinə görə, Sinqapur, Seul və Amsterdam kimi şəhərlərdə AI əsaslı sistemlər artıq uğurla tətbiq olunur. Bu texnologiyalar […]
“Qarabağ” – “Sabah” oyununda tamaşaçı rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. xeberde.az xəbər verir ki, bu, XXVIII turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 […]
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə xeberde.az-a BŞTİ-indən məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb. “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara […]
Hər 10 nikahdan 8-i boşanma ilə bitir – böhran
Rusiyada ailə institutu ciddi böhranla üz-üzədir. xeberde.az xəbər verir ki, ölkədə evliliyə maraq sürətlə azalır, boşanmaların sayı isə artmaqda davam edir. Məlumata görə, hazırda Rusiyada hər 10 ailəyə 8 boşanma düşür. 2025-ci ildə ölkə boşanma sayına görə dünya üzrə ilk üçlükdə yer alıb. Psixoloqlar bildirir ki, bir çox insanlar üçün evlilik artıq “çıxılmaz vəziyyət” kimi qəbul […]
Marşrut avtobusun sürücüsü sükan arxasında öldü
Bakıda avtobus sürücüsü sükan arxasında ölüb. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 55 saylı avtobusun sürücüsü, Bakı şəhər sakini, 60 yaşlı Rövşən Hüseynov infarktdan ölüb. Araşdırmalar rayon prokurorluğunda aparılır.
Azərbaycanda şagirdləri zəhərləyən məktəblərin SİYAHISI
Ölkədəki 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Modern.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq […]
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı
“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. xeberde.az xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən […]
Yaponiyada güclü zəlzələ – Sunami təhlükəsi də elan edildi
Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. xeberde.az xəbər verir ki, Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata bilən sunami gözlənilir. Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu […]










