Şou-Biznes

Səhnədə azyaşlı qızı başından tutub qaldırdı – VİDEO

Müğənni Nəfəs yenidən sosial şəbəkədə yayılan videosuna görə təndiq atəşinə tuş gəlib. Masallıda baş tutan tədbirlərdən birində ifa edən müğənni səhnədəki azyaşlı qızı öpmək üçün başından tutaraq yuxarı qaldırıb. İzləyicilər uşağın boynunun qırıla bilmə ehtimalını nəzərə alaraq Nəfəsi tənqid ediblər. Qeyd edək ki, ifaçının bir müddət əvvəl şəhid fotoları qarşısındakı rəqsi də birmənalı qarşılanmamışdı.  

Təhsil

Tələbə sayı 75 min nəfərə qaldırılır – Ekspert detalları açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ötən gün televiziya çıxışında bildirib ki, bu il 3-cü qrup üzrə bəzi ixtisaslarda keçid ballarında 3-5 bal artım gözlənilir. Onun sözlərinə görə, yalnız 200 və müəyyən ixtisaslar üzrə isə minimum 150 bal toplayan abituriyentlər ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində müsabiqəyə buraxılacaq. Təhsil üzrə ekspert Elşən […]

AKTUAL Cəmiyyət

Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?

Sosioloq: “Boşanmaların sayında azalma müşahidə olunmayacaq, əksinə, artım tendensiyası güclənəcək” Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib. Rəqəmlərə əsasən, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların […]

Dünya

İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik. Bu fürsətdən istifadə edərək, […]

manset Ölkə Siyasət

Sahakyandan məhkəmədə Azərbaycanla bağlı ŞOK ETİRAF

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib. xeberde.az AZƏRTAC-a istinadla xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib. O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini söyləyib. […]

İqtisadiyyat

Azərbaycanda büdcə qaydası dəyişir 

Azərbaycanda büdcə qaydasının dəyişdirilməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bununla bağlı “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bildirilib ki, müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə […]

Cəmiyyət Gündəm manset Siyasət

Qurban Sadıqov “Tərəqqi” medalı ilə təltif olundu – DOSYE

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən şəxslər arasında Qurban Sadıqov da var. O, “Tərəqqi” medalına layiq görülüb. Qeyd edək ki, Qurbvan Sadıqov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri vəzifəsində çalışır. Qurban Rza oğlu Sadıqov 1993-cü il 2 aprel tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər […]

Cəmiyyət Hadisə

Bakıda maraqlı hadisə: Maşını saxlayanda nişan olmayıb, amma sonradan qoyuldu- FOTOLAR

Bakıda sürücülərdən birinin başına maraqlı hadisə gəlib. Maşını saxladığı yerdə yol nişanı olmayıb. Amma maşını saxlayıb getdikdən sonra əraziyə yol nişanı quraşdırıblar. Bundan sonra ona cərimə yazılıb. xeberde.az xəbər verir ki, hadisə “Ağ şəhər Bulvarı” ərazisində baş verib. “İnfiniti” markalı avtomobilin sürücüsü maşını səhər saat 08:50-də fotoda göstərilən ərazidə saxlayıb. Həmin zaman ərazidə dayanma-durmanı qadağan edən […]

Dünya Siyasət

Bəşər Əsədin əmisi oğlu saxlandı – Ağır cinayətlərdə ittiham olunur

Suriya hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib. xeberde.az xəbər verir ki, məlumatı Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur: “Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik alverçilərindən biri […]