Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. xeberde.az xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. […]
Author: Xeberal.az
Bakıda 2 213 məzuna fərqlənmə attestatı verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib. Bu barədə xeberde.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər […]
Prezident Yevlaxa getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində tədbir keçirilib – FOTOLAR
İxdiyar Nəcəfov: “Qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır” Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Qaraçuxur bələdiyyəsinin inzibati binasında baş tutan tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şirin canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbiri giriş sözü […]
“Sumqayıt Hospital”ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib…”
“Sumqayıt Hospital”da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb”. Ölkə.Az xəbər verir ki, bu fikirləri Qaynarinfo-ya 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb. Püstəxanım Quliyeva 18 aprel 2023-cü il […]
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri AÇIQLANDI
2025-ci il mayın 19-23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Məlumata əsasən, monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində […]
Çiyələk bəzi insanlar üçün təhlükəli ola bilər
Ağcaqayın tozcuğuna qarşı allergiyası olan şəxslər çiyələkdən uzaq durmalıdırlar. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu rusyalı həkim Marqarita Koroleva deyib. “Əgər insanın belə bir immun reaksiyası varsa, çiyələk allergiyanı gücləndirə və müəyyən problemlərə səbəb ola bilər. Belə hallarda olan insanlara bu meyvədən uzaq durmaq tövsiyə olunur”, – deyə o bildirib. Həkimin sözlərinə görə, allergiya əsasən dəri […]
Prezident onları təltif etdi – SİYAHI
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əliyev Niyaz Novruz oğlu Səlimov Rauf Ağaməmməd oğlu “Tərəqqi” medalı ilə Abbasova Yeganə İzzət qızı Abdullayev Dəyanət Qurbanəli oğlu Baxşəliyeva Validə Hüseyn qızı Əliyev […]
“Yazırlar ki, Allah balanı öldürsün!” – Tolik uşağının anasını axtaranlara cavab verdi
xeberde.az Yenisabah.az-a istinadla tanınmış prodüser, teleaparıcı Tarix Əliyevlə müsahibəni təqdim edir. – Artıq uzun illərdir ki, səhnədəsiniz. Bütün bu illər ərzində sizi zirvədə saxlayan nədir? – Mən camaat üçün ona görə maraqlıyam ki, millət otursun, məni müzakirə etsin. Ona görə də, mən özümə söz vermişəm ki, bundan sonra heç nə etməyəcəyəm. Heç bir böyük işə əl […]
Kenan Doğulu bu gün Bakı səhnəsində
Türkiyənin pop musiqisinin əfsanəvi siması Kenan Doğulu Bakıdadır. xeberde.az bildirir ki, sənətçi bu gün Bakı İdman Sarayında konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq. Səfəri ilə bağlı ilk paylaşımı da sənətçinin özü edib. Xatırladaq ki, Kenan Doğulu bundan əvvəl də, 2015 və 2019-cu illərdə Bakıda konsert verib.










