Hamımıza məlumdur ki, mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib Laçın Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş ən gözəl bir məkanda keçirildi. Bunun böyük rəmzi mənası var. Zirvə görüşü sayca ikinci oldu. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdi. Prezident İlham Əliyev vurğulamışdır ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək nümayiş etdirmişdir. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Dövlətimizin başçısı qeyd edib ki, hazırda ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcək. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm. Bir sözlə, bu gün Türkiyə, Pakistan, Azərbaycan arasında birlik, dostluq, qardaşlıq əlaqələrinin inkişafı göz qabağındadır. Milli maraqlara söykənən qarşılıqlı münasibətlərin tarixi də qədimdir, necə deyərlər, zamanın sınaqlarından alnı açıq çıxıb. Bu münasibətlər təkcə iqtisadi, siyasi müstəvidə deyil, bütün mənalarda sağlam düşüncə, sağlam ruh üzərində qurulub. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu, ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi.Ofeliya Sadatova,Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru
Oxşar Xəbərlər
34 yaşlı kişi məktəblilərə hücum etdi – Xəsarət alanlar var
Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib. xeberde.az xəbər verir ki, hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib. Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına […]
Torpaq – milli sərvətimizin təməlidir, elm isə onu qoruyan gücdür.
Bu baxımdan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Torpaqşünaslıq və Aqrokimya İnstitutu ölkəmizin strateji və fundamental elmi qurumlarından biri kimi xüsusi yer tutur. 1945-ci ildə yaradılan institut, Azərbaycanın ilk ixtisaslaşmış torpaqşünaslıq və aqrokimya elmi-tədqiqat mərkəzidir. Onun əsası SSRİ Elmlər Akademiyasının həqiqi üzvü D.N. Pryanişnikov, A.N. İzyumov və R. Kovalyov kimi nüfuzlu alimlərin […]
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son […]



