1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başladı. 1918-ci il mayn 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaradılaraq ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.
Azərbaycann İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilk parlament demokratiyası – Xalq Cümhuriyyətinin əsası qoyulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı. Bu qısa dövrdə Azərbaycanın ilk Parlamenti və höküməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müdəalar özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Təssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ilin dekabırında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olundu.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü bayram kimi qeyd edilir. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
28 may tarixi ABŞ-ın Nevada və Arizona ştatlarında, Vaşinqton və Qərbi Hollivud şəhərlərində Azərbaycanın müstəqillik günü elan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev çıxşlarnıda deyirdi: Biz bu gün Demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasnıda və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onlarn silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onlarn fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”. “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycan dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində şanlı qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyinin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətini daha da artdığını göstərir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.
Respublika Günü 1991-ci ildən dövlət müstəqilliyinin bərpasndan sonra dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Günün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur
Hazrladı: Biologiya üzrə fəlsəfə doktoru Şəfəq Məmmədova.
Xeberde.az