Dünya

Rusiyada Azərbaycan dili öyrəniləcək

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac olduğu barədə diqqətçəkən açıqlama verilib. 

xeberde.az xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya Biznes Şurasının iclasında səsləndirib.

Overçuk bildirib ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və bu istiqamətdə dəstək göstəriləcək. O qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət ayrılır, məktəblərdə bu dil tədris olunur və universitetlər arasında əlaqələrin gücləndirilməsinə maraq var.

Rusiya rəsmisinin sözlərinə görə, Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi də müzakirə edilib.

O əlavə edib ki, tərəflər rus dilinin yayılması sahəsində əməkdaşlıq məsələlərinə də toxunublar. Bununla yanaşı, Azərbaycan Respublikasına Beynəlxalq Rus Dili Təşkilatına qoşulmağı nəzərdən keçirmək təklifi də verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir