İsrail Livanla qüvvəyə minən atəşkəs rejimindən sonra ölkə üzrə tətbiq edilən təhlükəsizlik məhdudiyyətlərini aradan qaldırıb. Ölkədə gündəlik həyat mərhələli şəkildə normal rejimə qayıdır.
xeberde.az xəbər verir ki, bu barədə İsrailin Arxa Cəbhə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, bütün ölkə ərazisində tam fəaliyyət rejiminə keçid təmin olunacaq. Yalnız İsrailin şimalındakı sərhədyanı bölgələrdə kütləvi toplantılar üçün 1000 nəfərlik məhdudiyyət qüvvədə qalacaq.
Məlumata görə, həmin məhdudiyyət də şənbə günü axşam saatlarında ləğv ediləcək.
Qeyd edək ki, bu, fevral ayının sonlarında başlayan hərbi əməliyyatlardan sonra tətbiq edilən məhdudiyyətlərin ilk dəfə tam şəkildə aradan qaldırılması hesab olunur.




