“Bir çox ölkələrdə pensiyaçılar, əlilliyi olan şəxslər və digər həssas sosial qruplar üçün ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə imkanları yaradılıb. Bu, həm onların sosial rifahının yaxşılaşdırılmasına, həm də gündəlik xərclərinin azalmasına xidmət edir”. Bu fikirləri xeberde.az-a açıqlamasında İqtisadçı Asif İbrahimov səsləndirib: “Azərbaycanda da belə bir mexanizmin tətbiqi mümkündür. Lakin bunun üçün dövlət büdcəsinin […]
Month: İyul 2026
Müəllimə atəş açan məktəblinin məhkəməsi qapalı keçirilir – 12 şahiddən 8-i azyaşlıdır
Bakıda “İdrak” liseyində müəllimə silahlı hücumla bağlı rezonans doğuran cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda açıqlanan ittihama görə, şagird müəllimin ona dərsi bilmədiyi üçün irad bildirməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib və həmin gün evdən atasına məxsus ov tüfəngini götürərək məktəbə aparıb. xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar […]
Bu ölkədə prezident istefa verdi – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin istefa verib. xeberde.az xarici mətbuata istinadən xəbər verir ki, o, səhhətində yaranan problemlərə görə postunu tərk edib. “Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm”, – o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib. Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı […]
Putinin sözçüsü: “Rusiya ABŞ-dən yeni təkliflər gözləyir”
Kreml Ankoricdəki uğursuzluqdan sonra ABŞ-nin Ukrayna ilə bağlı yeni ideya və təkliflərini gözləyəcək. xeberde.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. “Biz bunu edəcəyik. Amerikalılar səmimidirlər, Prezident Donald Tramp səmimidir. Onun nümayəndələri də hər kəs üçün məqbul olan bəzi variantları həqiqətən formalaşdırmaq istəklərində səmimidirlər”, – o qeyd edib. Rusiyanın xarici […]
Bu il Azərbaycanda 15420 cinayət qeydə alınıb
İyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində Geniş Kollegiya iclası keçirilib. Bu barədə xeberde.az-a qurumun Mətbuat xidmətin məlumat verilib. Giriş nitqi ilə […]
Külək güclənəcək – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. xeberde.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. […]
Bakıda 89 yaşlı qadının meyiti tapıldı
Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb. xeberde.az xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib. Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb. Onun evdə tək yaşadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.
Otuz üç nəfər xaricdə tutulub Azərbaycana gətirilib
Cari ildə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib. Qeyd olunub ki, müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti […]
Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.
Azərbaycan ilə Almaniya arasında iqtisadi və ticarət əlaqələri uzun illərdir ki, artan xətt üzrə inkişaf edir. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya üçün Azərbaycan Cənubi Qafqazda əsas tərəfdaşlardan biridir. Azərbaycanın əlverişli investisiya mühiti, zəngin resursları və strateji coğrafi mövqeyi onlarca alman şirkətinin ölkəmizə investisiya yatırmasına və burada uğurlu fəaliyyət qurmasına zəmin yaradıb.Hazırda Azərbaycanda sənaye, tikinti, […]
Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında formalaşan çoxşaxəli tərəfdaşlıq münasibətlərində dövlətlərarası dialoq və siyasi iradə həlledici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk”. Bu bəyanat rəsmi Berlinin Cənubi Qafqaz regionunda sülhün, iqtisadi sabitliyin və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə verdiyi real töhfələrə olan dərin etimadı ifadə edir.Almaniya hökuməti Avropa […]










