Dünya

Bu ölkədə prezident istefa verdi – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI

Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin istefa verib.

xeberde.az xarici mətbuata istinadən xəbər verir ki, o, səhhətində yaranan problemlərə görə postunu tərk edib. 

“Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm”, – o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib.

Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini parlamentin spikeri icra edəcək.

Qeyd edək ki, M.Şahabuddin 2011-ci ildən 2016-cı ilədək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir