Təhsil

Bağça müəllimlərinin nəzərinə: sertifikasiya sənədi açıqlandı

Bu il məktəbəqədər tərbiyə müəssisələrinin metodist və müəllimləri də (bağça müəllimləri) ilk dəfə sertifikasiya imtahanından keçiriləcək. xeberde.az xəbər verir ki, Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, bağça müəllimlərinin sertifikatlaşdırması oktyabr ayına planlaşdırılıb. Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış olmaq mümkündür: […]

İdman

DÇ-2026: Daha bir baş məşqçi istefa verdi

Almaniya Futbol Assosiasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmannın vəzifəsindən ayrıldığını açıqlayıb. xeberde.az alman mediasına istinadən xəbər verir ki, qərar Almaniya yığmasının 2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında gözlənilmədən məğlub olaraq mübarizəni dayandırmasından sonra verilib. Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf yaydığı bəyanatda Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib. “Almaniya Futbol Assosiasiyası 2023-cü […]

Hadisə

Coratda dənizdə 2 nəfər batdı: biri xilas edildi, qadın həlak oldu 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindinin məlumatında bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. […]

Cəmiyyət

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

    Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakı səfəri tarixi kontekstdən kənarda qiymətləndirilə bilməz. İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha […]

Cəmiyyət

Cənubi Qafqaz ön plana çıxır

   Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər, danışıqların yekunu bir daha göstərdi ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər boyu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir.    Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən […]

Cəmiyyət

Enerji təhlükəsizliyi ən mühüm amildir

    Avropa Komissiyasının Prezidenti  Ursula fon der Lyayenin Cənubi Qafqaza növbəti səfəri Avropa İttifaqının (Aİ) regiona münasibətində formalaşan yeni geosiyasi yanaşmanın praktik ifadəsidir. Əgər bir neçə il əvvəl Brüsselin Cənubi Qafqaz siyasətində təhlükəsizlik, münaqişələrin idarə olunması və normativ gündəm üstünlük təşkil edirdisə, hazırkı mərhələdə prioritetlər əhəmiyyətli dərəcədə dəyişib. Region artıq Avrasiya məkanında enerji, nəqliyyat və […]

Cəmiyyət

Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev mətbuata açıqlamasında qeyd edib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının […]

Cəmiyyət

Azərbaycan Xəzər regionunda mühüm mövqedədir

    Avropa Komissiyasının  Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Xatırlayırsınızsa, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox […]