Cəmiyyət Gündəm manset

Bu klinikada yoxlamalar aparıldı- Fəaliyyəti dayandırıldı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC KLİNİKA” MMC-yə məxsus klinikada yoxlama keçirib. Yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan […]

Sosial

Bu şəxslər işə qəbul zamanı sınaq müddətindən AZADDIR

Azərbaycanda işə qəbul zamanı tətbiq edilən sınaq müddəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, bəzi şəxslər üçün sınaq müddətinin təyin olunmasına icazə verilmir. Baxmayaraq ki, bir çox işəgötürən bu müddəti işçinin peşəkar bacarıqlarını yoxlamaq məqsədilə tətbiq edir və onu maksimum 3 ayadək müəyyənləşdirə bilir. İnsan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bildirir […]

Araşdırma

1960-1979-cu illər arasında böyüyənlərin bu qədər dözümlü olmasının SƏBƏBİ

Müasir dözümlülük təlimləri bəzən sanki quru hovuzda üzməyi öyrətmək cəhdini xatırladır. Heç kim nəzəriyyə izah etmirdi. İnsanlar sadəcə vəziyyətlərin içinə atılır və onlardan çıxmağı öyrənirdilər. Bu, heç vaxt “təlim” adlandırılmayan həyat hazırlığı idi. Ekspertlər dözümlülüyün kitabdan və ya motivasiya plakatlarından öyrənilmədiyi qənaətindədirlər. Onlar bunun zərurətdən yarandığını hesab edirlər. Əgər problemi sən həll etməsən, heç kim […]

Kriminal

Qadınları fahişəliyə cəlb edənlərdən biri görün kim İMİŞ

İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər. Saxlanılanlardan biri “Enoor” adı ilə tanınan bloger Elnar Quliyevadır. E.Quliyeva ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti […]

Siyasət

Prezident yeni səfirləri qəbul etdi – FOTOLAR

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib. xeberde.az  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin […]

Cəmiyyət

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün…

Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, insanlara olan sevgisi və sosial məsələlərə həssas yanaşması ilə yadda qalan mərhum millət vəkili Qənirə Paşayevanın əziz xatirəsi yeni və mənalı bir təşəbbüslə yad edilir. Onun adını və ideallarını yaşatmaq məqsədilə qadınlar üçün reabilitasiya mərkəzinin açılması qərara alınıb. xeberde.az bildirir ki, bu barədə mərhum deputatın əmisi qızı Təranə Paşayeva […]

Sosial

Bank kartları ilə bağlı yeni qərar nəyi dəyişəcək? – ETİRAZ

“Hər bir halda, Mərkəzi Bankın kommersiya banklarının xidmət haqlarını aşağı-yuxarı, yaxud orta səviyyəsini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Çünki banklar kommeriya təşkilatıdır və qiymətlərini özləri müəyyənləşdirir”. Bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, özəl banklar qarşısında konkret şərtlərin qoyulması ancaq qanunvericiliklə mümkündür: “Mərkəzi Bank digər banklar üçün öz xidmətlərinin hədlərini müəyyənləşdirə bilər. AMB-nin nə kedit […]

Dünya Gündəm

“Bizi sağmağı dayandırın!” – Latviyalılardan “Bolt”a qarşı etiraz

Bazar ertəsi Latviyanın paytaxtı Riqada bir neçə yüz taksi sürücüsü “Bolt” şirkətinin siyasətinə qarşı etiraz aksiyası keçirir. xeberde.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Aksiya iştirakçıları avtomobillərini Latviya bayraqları və “Biz qul deyilik”, “Bolt”suz 24 saat”, “Bizsiz bacarmazsınız”, “Bizi sağmağı dayandırın!” şüarları yazılmış plakatlarla bəzəyiblər. Bəzi maşınların üzərinə şirkətin üzərindən xətt çəkilmiş loqosu da […]

Cəmiyyət

“Bakıkart” terminalları metrolardan yığışdırılır? – RƏSMİ AÇIQLAMA

Son dövrlər Bakı metropolitenində bank kartları və QR kodla ödənişin mümkün olmasından sonra “Bakıkart” aparatlarından istifadəyə ehtiyac qalmadığı bildirilir.  xeberde.az xəbər verir ki, bu da “Bakıkart” terminallarının metropolitenin stansiyalarından yığışdırılıb-yığışdırılmayacağı ilə bağlı sual doğurub. Mövzu ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Ölkə.Az-ın sorğusuna cavab olaraq “Bakıkart” terminalları ilə bağlı məsələyə aydınlıq gətirib: “Son dövrlərdə “Bakı Metropoliteni”ndə […]

Dünya

Bu ölkədə işçilərə “bədbəxtlik məzuniyyəti” verilir

Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkəti işçilərlə bağlı qeyri-adi qərarı ilə gündəmə gəlib. xeberde.az xəbər verir ki, şirkətin qurucusu Yu Donglai əməkdaşların psixoloji rifahını ön plana çəkən yeni bir sistem tətbiq edib. Yeni qaydaya əsasən, işçilər özlərini bədbəxt, yorğun və ya stress altında hiss etdikləri zaman heç bir rəhbər təsdiqi olmadan məzuniyyət götürə bilərlər. Bu icazə […]