Cəmiyyət

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır.

   Azərbaycanın idman sahəsində topladığı təcrübə onun beynəlxalq arenada mövqeyini xeyli gücləndirib. Ölkəmiz indiyədək bir sıra nüfuzlu yarışlara ev sahibliyi edərək təşkilatçılıq baxımından yüksək səviyyə nümayiş etdirib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin keçirilməsi Azərbaycanın idman infrastrukturu və idarəçilik bacarığının nə qədər inkişaf etdiyini göstərir. Bu yarışlar miqyas və təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarına yaxın səviyyədə qiymətləndirilə bilər.

   Xüsusilə qeyd olunmalıdır ki, keçirilən son iri tədbirlər təkcə paytaxtla məhdudlaşmayıb. MDB Oyunlarının bölgələrdə təşkili ölkənin hər yerində idmanın inkişafına verilən önəmi sübut edir. Bu yanaşma regionlarda yaşayan gənclərin idmana marağını artırır, onların böyük yarışlara hazırlaşmasına şərait yaradır və ümumilikdə ölkənin idman potensialını daha da genişləndirir.

   Bütün bu uğurların arxasında dövlətin idmana göstərdiyi diqqət və qayğı dayanır. İdmançılar üçün yaradılan şərait, müasir idman qurğuları və keçirilən təlim-məşq toplanışları onların peşəkar inkişafına ciddi təkan verir. İdmançılar da bu qayğını hiss edərək yarışlarda daha böyük əzmlə çıxış edir və ölkənin adını ucaldırlar.

   Avropa çempionatında əldə olunan nəticələr isə bu siyasətin real bəhrəsidir. Həm yunan-Roma, həm də sərbəst güləş növlərində komanda hesabında birinci yerin qazanılması tarixi nailiyyət kimi dəyərləndirilə bilər. Bu uğur Azərbaycan güləş məktəbinin gücünü bir daha təsdiqləyir və ölkənin idman tarixində mühüm yer tutur.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru                              

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir