Bu gün, aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris binasında törədilən qanlı terrorunun 16-cı ili tamamlanır. 2009-cu ildə törədilən qanlı terakt nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirilib, 13 nəfər isə yaralanıb. ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs […]
Month: May 2025
Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir
Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləşdirib. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaradıblar. Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi də (Şəhriyar) öz əsərlərini hər iki dildə yazıb. Azərbaycanda onun “Heydərbabaya salam” poeması çapdan […]
“Azərbaycan Biznes Keys Yarışması 2025”in qalibləri “Veysəloğlu”nda qonaq oldular
xeberde.az xəbər verir ki, “Veysəloğlu” Şirkətlər Qrupunun (VŞQ) sponsorluğu və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in qalibləri ilə şirkətin baş ofisində görüş keçirilib. Görüş dəyirmi masa formatında təşkil olunub və Veysəloğlu Şirkətlər Qrupunun struktur rəhbərləri ilə tələbələr arasında qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Tədbirin əsas […]
Polis hər yerdə bu qızı axtarır
Bakıda yeniyetmə qız itkin düşüb. Nizami rayon, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində yaşayan 17 yaşlı Zəhra Fətəliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə onun anası polisə müraciətində bildirib. Faktla bağlı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.
İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində regionumuzdan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel […]
6 manatdan 11 manata qaldırıldı – Yeni QƏRAR
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla dövlət hesabına ödənilən hüquqi yardım məbləği 11 manat müəyyən edilib. Göstərilən xidmətə görə tələb olunan məbləğ indiyədək 6 manat idi.
Gələcək tərəqqiyə ünvanlanmış əməkdaşlıq
Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda göstərilir ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Mən bu gün hörmətli Prezident Pezişkianı ölkəmizdə görməyə çox şadam. Əminliklə bildirirəm ki, dövlət başçısının dedyi kimi, iki ölkə arasındakı əlaqələrdə tarixi bir hadisə baş verib. […]
İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir
Aprelin 28-də Prezident İlham Əliyevin İİR prezidenti M.Pezeşkianın ölkəmizə rəsmi səfəri ilə bağlı çıxışında qeyd olunur ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasındadostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Qədim tarixdən […]
Yeni layihələr ölkələrimizə çox böyük səmərə gətirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bir neçə gün sonra Pezeşkianın Azərbaycana səfər etməsi qlobal layihələrlə bağlı yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Həm siyasi, həm iqtisadi, həm logistik baxımdan İranla da müzakirələr indiki mərhələdə vacib məsələdir. Bu səfərdən sonra Tehranın ötənlərdə aparmış olduğu yanlış siyasət nəticəsində iki ölkə arasında məlum gərginliklərin də […]
Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda birmənalı olaraq vurğulanmışdır ki, bu gün dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Dövlətimizin başçısı qeyd etmişdir ki, apardığımız danışıqlar və fikir […]