Bakıda kişi arvadını döyüb. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Səlim əl və ayaq zərbələri ilə […]
Qazax şəhərində yerləşən fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin ehtimala görə, yanğınla müşayiət olunmayan partlayışı qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində evə ciddi ziyan dəyib. FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar […]
Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü […]