Region Liqasında çıxış edən “Sabirabad” komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutlu 8 oyunluq cəza alıb. xeberde.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Ş.Əkbərov “Olimpik”lə (Sabirabad) qarşılaşmada meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün bu cəza ilə üzləşib. B.Beybutlu isə 83-cü dəqiqədə perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı […]
manset
Eldar Əzizovun növbəti təmizə çıxma cəhdi: bütün günahlar icra başçılarında…
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Lakin paytaxtda aylardır yığılıb qalan kommunal və infrastruktur problemləri fonunda bu toplantı daha çox gecikmiş reaksiya təsiri bağışlayır. Küçələrdə su basqınları, işləməyən kanalizasiya xətləri, həllini tapmayan yol məsələləri ortada olduğu halda, məsuliyyətin indi xatırlanması suallar doğurur. […]
Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb
Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova (soyadlar şərtidir) hökm oxunub. xeberde.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların […]
Diaspor rəhbərinə 23 il tələbinə Bakıda etiraz
Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlınskinin 23 il müddətinə həbsini tələb edib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Şıxlınski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların 13, […]
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. xeberde.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Mikayıl Cabbarov onu özünə müşavir təyin etdi – FOTO
Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib. xeberde.az məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib. T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz […]
Azərbaycanda orqan köçürülməsindən ana olan qadınların sayı açıqlandı
Azərbaycanda son 10 ildə böyrək və qaraciyər transplantasiyası icra olunmuş 38 qadın sağlam uşaq dünyaya gətirib. xeberde.az xəbər verir ki, bu barədəa Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib. Onun sözlərinə görə, həmin qadınlar və övladları hazırda sağlam şəkildə həyatlarına davam edirlər: “Sözügedən dövrdə 20 böyrək transplantasiya icra edilmiş qadın […]
Hər kəs bildiyi qiyməti dövlət üçün müəyyən edə bilməz – Siyavuş Novruzov
Bu gün elə torpaq sahələri var ki, onların dövlət ehtiyacları üçün istifadəyə cəlb olunması zəruridir. Bu baxımdan hesab edirəm ki, həmin ərazilərlə bağlı məsələlər üzrə qanunvericilik bazasının vaxtında və çevik şəkildə formalaşdırılması son dərəcə vacibdir. Təbii ki, mülkiyyət müqəddəsdir, lakin dövlət maraqları bundan da üstündür. xeberde.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional […]
“Araz” supermarketlər şəbəkəsi 100-dən çox əməkdaşının övladına təhsil təqaüdü verir
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin yaranmasının 15 illiyi münasibətilə şirkət tərəfindən təqaüd alan tələbələrlə görüş təşkil olunub. Görüşdə yerli nüfuzlu universitetlərə yüksək bal toplayaraq qəbul olan 15 nəfər tələbə iştirak edib. Tədbirdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər. Görüş zamanı […]
Bu gündən Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq
Türkiyədə fevralın 9-dan başlayaraq toyuq məhsullarının ixracı müvəqqəti olaraq dayandırılacaq. xeberde.az xəbər verir ki, qərarın əsas məqsədi daxili bazarda qiymət artımının qarşısını almaqdır. Bildirilib ki, Ramazan ayı ərəfəsində ölkədə toyuq istehsalçıları və satıcıları qiymətləri təxminən 15 faiz yüksəldiblər. Bunun ardınca Türkiyənin Ticarət Nazirliyi ixracın sabahdan etibarən dayandırılacağını açıqlayıb. (“Haber Global”)










