1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixində ən ağır və faciəli mərhələlərdən biri kimi yadda qalıb. Həmin dövrün mürəkkəb siyasi mənzərəsi, imperiyaların süqutu və hakimiyyət boşluğu regionda gərginliyi daha da artırmışdı. Bu şəraitdə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlar nəticəsində dinc əhali hədəfə alındı, yaşayış məntəqələri dağıdıldı və minlərlə insan həyatını itirdi. Baş […]
manset
19 yaşlı qız bıçaqlandı – Şübhəli dayısı oğludur
Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb. “xeberde.az” xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov […]
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Patent haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
26 yaşlı oğlan ahıl qadına təcavüz edib?- Cinayət işi açıldı
Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir. xeberde.az xəbər verir ki, rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib. O, hüquq-mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfinin qardaşının barışıq üçün evlənmə təklifi etdiyini, lakin bununla […]
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilməsi haqqında sərəncam imzalanıb. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli […]
Bu qanuna dəyişikliklər qüvvəyə mindi
“Patent haqqında” qanuna beynəlxalq təcrübəyə uyğun olaraq bir sıra yeni anlayışların daxil edilməsi təsdiqlənib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanuna dəyişikliyi imzalayıb. Sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanuna görə ekspertiza müddəti […]
İrandan Türkiyəyə növbəti raket hücumu
İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib. xeberde.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib”, – məlumatda bildirilib. Qeyd olunub ki, Türkiyə ərazisi və […]
Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı – “Sistemli və amansız cinayətlər törədilib”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. xeberde.az həmin bəyanatı təqdim edir: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən […]
Azərbaycan təhlükəsizlik orqanları 107 – VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü ilə bağlı videoçarx hazırlayıb. xeberde.az həmin videoçarxı təqdim edir.
Azərbaycanda ən çox və ən az kredit verilən 7 iqtisadi rayon – SİYAHI
Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb. xeberde.az xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir. İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub. Mil-Muğan […]










