Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. xeberde.az xəbər verir ki, paytaxt ərazisində narkokuryerlikdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Onun üzərinə baxış zamanı təxminən 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, C.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
manset
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq. xeberde.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq. Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya […]
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir. Qeyd edək ki, dünya bazarında bitki yağının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə […]
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib – YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından yola salınıb. xeberde.az xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub. Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına […]
Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib. xeberde.az xəbər verir ki, bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb. Bildirilib ki, 10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, […]
Azərbaycanda ən çox bahalaşan meyvələr açıqlandı
Azərbaycanda və dünyada sitrus meyvələrinin istehsalçı qiymətləri son on ildə xeyli bahalaşıb. xeberde.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2015-ci ilin qiymətləri 100 qəbul edilməklə hesablanan indeksdə sitrus meyvələri üzrə göstərici 2025-ci ildə 407,7-yə çatıb. Bu, son on ildə qiymətlərin 4 dəfədən çox artması deməkdir. Sitrus məhsullarında artım təkcə uzunmüddətli statistikada deyil, son illərin […]
Əli Əhmədovun oğlu baş həkim təyin edildi – ÖZƏL
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. xeberde.az-ın məlumatına görə, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı saytımıza Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb. Qeyd edək ki, […]
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. xeberde.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. […]
Azərbaycana Avropadan turist axını 15 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. xeberde.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,5 % çoxdur. Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan […]
Azərbaycanda səkkiz dövlət qurumu ləğv olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib. Bununla bağlı müvafiq qərar qəbul olunub. Qərara əsasən, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan […]










