İqtisadiyyat manset Siyasət

Azərbaycanla Çin arasında rəqəmsal inkişaf müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib. xeberde.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün X hesabında məlumat paylaşıb. “Azərbaycanla Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə […]

Dünya manset Siyasət

Zaxarova Ermənistana XƏBƏRDARLIQ ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı yeni missiyası ilə bağlı Moskvanın narahatlığını ifadə edib. xeberde.az xəbər verir ki, o, bu missiyanın regiondakı geosiyasi balanssızlığa xidmət etdiyini vurğulayıb. “Biz ümid edirik ki, erməni müttəfiqlərimiz və dostlarımız bu yeni missiyanın daxili işlərə müdaxilə vasitəsinə çevrilməsinə imkan verməyəcəklər. Eyni zamanda İrəvanın Qərbin geosiyasi oyunlarına […]

İqtisadiyyat manset

Azərbaycan süddən hazırlanmış yağların idxalını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 5 min 717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. xeberde.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 36 milyon 168 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 968 ton (25,6 %), dəyər baxımından isə 17 milyon 552 min ABŞ dolları (32,6 %) azdır. Hesabat dövründə kərə yağı və […]

Cəmiyyət manset Təhsil

Bakıda məktəblər və universitetlər distant rejimə keçir – QƏRAR

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.  Bu barədə xeberde.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.  Qeyd edilib ki, əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat […]

İqtisadiyyat manset

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları […]

Hadisə manset

“28 May” stansiyasında qatar yoluna düşən sərnişin ölüb

Bu gün saat 20:20 radələrində “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb. Bu barədə “xeberde.az”a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb […]

Kriminal manset

“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. xeberde.az xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən […]

İqtisadiyyat manset

Sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib. xeberde.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında qeyd olunub. Bildirilib ki, sessiya Banqkok şəhərində “Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün […]

İqtisadiyyat manset

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

Dünya siyasətində baş verən hər bir dalğalanma, uzaq paytaxtlarda imzalanan sazişlər və ya verilən sərt bəyanatlar Bakı sakinlərinin gündəlik alış-veriş səbətinə təsir edir. Cəmi bir neçə həftə əvvəl ABŞ və İsrailin İrana qarşı hücumları neft qiymətlərini şahə qaldırmışdısa, bu gün mənzərə tamamilə fərqlidir. ABŞ və İran arasında əldə olunan atəşkəs razılığı təkcə qara qızılın qiymətini […]

Gündəm İqtisadiyyat manset

Baş nazirdən “Sea Breeze Resort”la bağlı QƏRAR

Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında” qərar qəbul edib. xeberde.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə […]