Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xeberde.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,76% azalaraq 4 741 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,73% ucuzlaşaraq 74,082 ABŞ […]
manset
Azərbaycanda kimlər qabağa çəkilir, kimlərə vəzifə verilir… – SİYAHI
Azərbaycanda kimlərin qabağa çəkilməsi və kimlərə vəzifə verilməsi son illərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu marağın artmasının əsas səbəbi ölkədə aparılan kadr islahatlarının artıq epizodik yox, sistemli və mərhələli xarakter almasıdır. Hər mərhələ yeni bir tendensiyanı ortaya qoyur. Dəyişiklik cəmiyyətə yeni mesaj verir. Bu mesajların əsas xətti isə yenilənmədir. İllərlə formalaşmış məmur eşalonu […]
Prezident Milli Aviasiya Akademiyasında açılışda – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. xeberde.az xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma […]
Ülviyyə İlyasova həbs olundu
Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim – “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib. xeberde.az-ın məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Ülviyyə İlyasova […]
İlham Əliyev Gürcüstanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib. xeberde.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
“Qara qızıl”ın qızıl dövrü: Azərbaycan neftinin qiyməti rekord həddə çatır
Yaxın Şərqdə alovlanan müharibə və Hörmüz boğazındakı gərginlik qlobal enerji bazarlarını silkələməkdə davam edir; bu vəziyyətdən ən çox qazanan isə Azərbaycanın strateji xammalı olub. xeberde.az xəbər verir ki, bu gün — 3 aprel 2026-cı il tarixində dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,89 dollar və ya 8,33% artaraq 141,68 dollara yüksəlib. Bu […]
Əli Əsədov qərar imzaladı – Bu yol ödənişli olacaq
Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir: – başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri; – son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri. Ödənişli avtomobil […]
Tramp “Mehdiyev işi”ni necə ARXİVƏ GÖNDƏRDİ…
ABŞ prezidenti Donald Trampın və İsrailin İrana qarşı savaşı Azərbaycanda bir neçə gündəm mövzusunu da arxa plana keçirdi. O mövzulardan biri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. xeberde.az xatırladır ki, son olaraq İran müharibəsindən 18 gün əvvəl, yəni fevralın 10-da Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin […]
Prezidentdən metallurgiya sahəsi ilə bağlı mühüm sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının […]
Azərbaycanda ASC ləğv edildi
“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda əksini tapıb. Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi təmin ediləcək. Həmçinin, “Azərbaycan alüminiumu” Açıq Səhmdar […]










