Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Business Administration) üzrə dərs alan tələbələri yeni dərs ilinə bu gündən başlayacaqlar. Dərslərin gecikməsi ilə bağlı xeberde.az-a məlumat verilib. Bu barədə universitetin mətbuat katibliyi ilə əlaqə saxlasaq da, dərslərin sentyabrın 15-dən başlandığını bildirilib: “Sentyabrın 15-dən dərslər başlayıb. Hansısa tələbələrin çaşqınlığı, sualı varsa dekanlığa müraciət edə bilər”. Qeyd edək […]
manset
Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə saziş imzalanıb
Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. “APA-Economics” xəbər verir ki, əməkdaşlıq sazişi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə Əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin […]
Bu tarixdən bazarlara vergi nəzarəti gücləndirilir
Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. xeberde.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. […]
Ermənistandakı məscidlər BƏRPA EDİLƏCƏK
“Azərbaycanın tələbi həm də ondan ibarətdir ki, bu mədəni abidələr bərpa olunsun. Azərbaycan tarixi-mədəni abidələrinin yerləşdiyi indiki Ermənistan ərazisində onların qorunması və bərpası həyata keçirilməlidir. Ermənistanla danışıqlarda da bu məsələlər dəfələrlə qaldırılıb. Ermənilər də çalışmalıdır ki, bu tələbləri yerinə yetirsinlər və görünən də odur ki, yerinə yetirəcəklər”. Məscidlərin bərpa olunmasının faydalarından danışan deputat, bunun iki […]
Nə üçün azyaşlılara, yeniyetmələrə, məktəblilərə və gənclərə tez-tez antinarkotik təlimləri keçirəm?
Narkotik maddələrin yaratdığı fəlakət təkcə istifadəçini deyil, onun ailəsini, yaxınlarını, cəmiyyətin bütövlüyünü hədəfə alır. Xüsusən də azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupudur. Onların təcrübəsizliyi, maraq hissi və bəzən də yanlış təsir altına düşməsi, narkotikdən qaynaqlanan faciələrin başlanğıc nöqtəsinə çevrilə bilir. ABŞ Opioid böhranı: Son 20 ildə təkcə ABŞ-da kimyavi narkotiklərin istifadəsi nəticəsində 2 […]
“Suverenliyə aparan yolun zirvəsi: 2023-cü il antiterror əməliyyatları” – İlkin Əliyev
“Suverenliyə aparan yolun zirvəsi: 2023-cü il antiterror əməliyyatları” Şanlı zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya aktını imzalamasına baxmayaraq, Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri hələ də öz mövcudluğunu qorumağa çalışır, hərbi təxribatlar törədir, ərazilərə minalar basdırır, bölgədə sabitliyə təhlükə yaradırdılar. Dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında bu məsələ gündəmə gətirilsə də […]
Adnan Əhmədzadənin həbsinin səbəbləri: onun arxasında kimlər dayanır – ARAŞDIRMA
SOCAR-ın İnvestisiya Departamentinin sabiq direktor müavini Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi ölkə ictimaiyyətində böyük rezonans doğurub. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın ilkin mərhələsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. İlkin məlumata görə, Adnan Əhmədzadəyə iki əsas ittiham irəli sürülüb: xüsusilə külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı […]
Bakıdakı yarışın qalibi bəlli oldu
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb. xeberde.az xəbər verir ki, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. “Uilyams”da çıxış edən Karlos Sayns ikinci, “Reysinq Bulls”da Liam Louson üçüncü yeri tutub. Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. Ötən gün keçirilmiş […]
Azərbaycan buğda idxalını artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 759 min 945 ton buğda idxal edilib. xeberde.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 163 milyon 501 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 180 019 ton (31 %), dəyər baxımından isə 35 milyon 140 min ABŞ dolları (27,3 %) çoxdur. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın […]
Bu müəllimlər 6000 manatdan çox maaş alacaq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq “tədqiqatçı müəllim” statusu alan müəllimlər müəyyən olunub. xeberde.az xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara “Scopus” bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələr daxildir. Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq maaş […]










