Bölgə Gündəm manset Sosial

Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində

Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. xeberde.az  xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

Bölgə Gündəm manset

İlham Əliyev Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində

Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. xeberde.az xəbər verir ki, ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

Gündəm manset Siyasət

Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan […]

AKTUAL Araşdırma manset

20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? – İcbari Tibbi Sığortanın 3 “dostu”

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir. xeberde.az xəbər verir ki, tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların […]

Gündəm manset Ölkə Siyasət

DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər

Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

manset Siyasət

DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub. Bu barədə xeberde.az-a DTX-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin […]

AKTUAL manset

Turizm Agentliyində daha bir qalmaqal

Xaricdə turizmin təşviqinə görə keçirilən bahalı tender niyə ləğv olunub? Hesablama Palatasının qurumdakı yoxlamaları davam edir xeberde.az qeyd edir ki, Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb  Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir. Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində […]

manset Manşetüstü MARAQLI

Niyə hamı aqressivdir? – Müasir cəmiyyətin səssiz fəlakəti

Gündəlik həyatımızda qarşılaşdığımız mənzərə getdikcə daha vahiməli bir xarakter almaqdadır: insanlar bir-birinə qarşı səbəbsiz aqressiv davranır, dialoqlar mübahisəyə çevrilir, anlaşılmazlıqlar kinə, sosial şəbəkələr isə psixoloji müharibə meydanına dönür. Sual açıqdır: niyə hamı bu qədər aqressivdir? Bu aqressiyanın səbəbləri çoxşaxəlidir. Birinci növbədə qeyd etmək lazımdır ki, aqressiya insanın psixoloji müdafiə mexanizmlərindən biridir. İnsan özünü təhdid altında […]

Cəmiyyət manset Sosial

Yayda daha çox olacaq: Valideynlər bilməlidirlər ki… – Həkimdən XƏBƏRDARLIQ

Son günlər valideynlər arasında ortaq bir narahatlıq özünü göstərməkdədir: körpələrdə və azyaşlı uşaqlarda sürətlə artan ishal halları. Mövsüm dəyişiklikləri, gigiyena qaydalarına düzgün əməl olunmaması və bəzi virusların yayılması bu vəziyyəti daha da kəskinləşdirir. Mövzu ilə bağlı xeberde.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, ishal halları yayda daha çox olacaq: “Əslində payızdan rotavirus deyilən infeksiya başlayıb, daha […]

Bölgə manset Ölkə Region

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. xeberde.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur. Hacıqabul rayonunda yağan intensiv yağışlar […]