Xeberde.az xəbər verir ki, Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır. Xeberde.az
Kriminal
Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub – SİYAHI
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. xeberde.az xəbər verir ki, məhkəmənin qərarı ilə Qarabağdakı keçmiş qondarma rejimin başçılarından Arayik Harutyunyana, “müdafiə naziri” Levon Mnatsakanyana, “parlamentin sədri” Davit İşxanyana, “xarici işlər naziri” David Babayana, Ermənistan silahlı qüvvələrinin general mayoru David Manukyana ömürlük həbs cəzası verilib. Qarabağdakı keçmiş qondarma rejimin […]
DTX səfirliyə terror hücumunun qarşısını aldı – Xüsusi əməliyyat – Video
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – “Abu Zər əl-Mühacir” dini ləqəbli, 2000-ci il təvəllüdlü İlqar İlham oğlu Quliyev, “Abdurəşid” dini ləqəbli, 2005-ci il təvəllüdlü Amin Elşad oğlu Piriyev və “Abdurrahman əl-Azəri” dini ləqəbli, 2005-ci il təvəllüdlü Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Xeberde.az […]
Cib bıçaqları yasaqlansa… – Yeniyetmələri cinayətə sürükləyən əsl səbəblər
Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur. Belə bir təşəbbüslə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli yanvarın 22-də keçirilən iclasda çıxış edib. Deputat bildirib ki, son illər gənclər və yeniyetmələr arasında baş verən bıçaqlanma hadisələrinin əksəriyyəti məhz cibdə daşınan, qatlanan bıçaqlarla törədilir və bu fakt narahatlıq doğurur. Təklif ilk baxışdan […]
Kamran Əsədov HƏBS OLUNDU
Tanınmış təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub. xeberde.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə proses keçirlib. Məhkəmə təqsirləndirilən Kamran Əsədovun həbsinə dair qərar çıxarıb. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan […]
Keçmiş baş nazirə 23 il həbs cəzası verilib
Məhkəmə Cənubi Koreyanın keçmiş baş nazirini çevrilişə kömək göstərmək və təhrik etmək, eləcə də yalan ifadə verməkdə təqsirli bilərək 23 il həbs cəzasına məhkum edib. xeberde.az cəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Seul mərkəzi rayon məhkəməsi keçmiş prezident Yun Sok-yolun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün […]
Qoca Səmədovun oğlu həbs edildi – TƏFƏRRÜAT
Yevlaxda tanışını güllələyən sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov barəsində həbs qərarı çıxarılıb. Polisin təqdimatı əsasında Zaur Səmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə it döyüşü üstündə olmayıb. Məlumata görə, Zaur Səmədovun tanışı Qoşqar Novruzovun heyvanı onun torpaq sahəsinə daxil olub. Bu zaman Zaur Səmədovun iti […]
Aministiyaya düşən 14 qat Azərbaycan çempionu kimdir? – DOSYE
Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub. Bu barədə mediayaya onun vəkili Xeyransa Babayeva məlumat verib. xeberde.az Azərbaycan ictimaiyyətində, o cümlədən diaspor fəaliyyətinə görə müəyyən qədər tanınan Oleq Krapivin dosyesini təqdim edir: Oleq Krapivin 1960-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Gənclikdə sərbəst güləşlə məşğul olub. Azərbaycan çempionatında 14 […]
Bakıda soyğunçuluq və oğurluq edənlər tutuldu
Nəsimi rayonunda soyğunçuluq hadisəsi olub. xeberde.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mobil telefonu açıq talama yolu ilə ələ keçirib.Polis əməkdaşları qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı V.Qədiyevi müəyyən edərək saxlayıblar. Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki nəfərin ümumi dəyəri 1300 manat olan noutbuk […]
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır
“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”. Bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib. O bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu […]










