6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb. Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb. Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi […]
Kriminal
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır. Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib. Dövlət ittihamçısı ittiham aktını […]
Müəllimə atəş açan məktəblinin məhkəməsi qapalı keçirilir – 12 şahiddən 8-i azyaşlıdır
Bakıda “İdrak” liseyində müəllimə silahlı hücumla bağlı rezonans doğuran cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda açıqlanan ittihama görə, şagird müəllimin ona dərsi bilmədiyi üçün irad bildirməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib və həmin gün evdən atasına məxsus ov tüfəngini götürərək məktəbə aparıb. xeberde.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar […]
Bu il Azərbaycanda 15420 cinayət qeydə alınıb
İyulun 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində Geniş Kollegiya iclası keçirilib. Bu barədə xeberde.az-a qurumun Mətbuat xidmətin məlumat verilib. Giriş nitqi ilə […]
“Arzum”la bağlı yeni xəbər – Sabah…
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinə sabah baxılacaq. Şikayətin baxılması Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası sabaha təyin edilib. Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi […]
Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti – “Arzum”un məhkəmə işində ŞOK DETALLAR
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmək və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəmə hökmü tərəflərə təqdim olunub. xeberde.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ictimai müzakirələrə səbəb olan bu işin materiallarında bir sıra maraqlı və mübahisəli məqamlar üzə çıxıb. Məlum olub ki, İ.Hacıyevanın […]
Məlumatları tapıb fidyə tələb edir – Yeni nəsil kibertəhlükə
Kibertəhlükəsizlik mütəxəssisləri süni intellektlə işləyən və insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilən ilk tam avtonom fidyə proqramı aşkarlayıblar. xeberde.az xəbər verir ki, “Jade Puffer” adlı zərərli proqram sistemə müstəqil şəkildə daxil olur, həssas məlumatları müəyyənləşdirir və fidyə tələbi hazırlayır. Mütəxəssislərin sözlərinə görə, proqram hücum prosesinin əsas mərhələlərini operatorun birbaşa iştirakı olmadan həyata keçirə bilir. Ekspertlər […]
Saxta 100 manatı göstərərək… – Bakıda taksi sürücüsünü necə soydular?
Bakıda taksi sürücüsünə qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib. xeberde.az xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq şəkildə ələ keçirmək məqsədilə 2026-cı ildə səhər saat 04:50 radələrində Binəqədi qəsəbəsində yerləşən “Spar” mağazasının qarşısında taksi sürücüsünə qarşı soyğunçuluq edib. İş materiallarına əsasən, təqsirləndirilən […]
Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Tovuzda uşaq bağçasının müdiri iş otağında bıçaqlanıb. Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində yerləşən uşaq bağçası – körpələr evində qeydə alınıb. Məlumata görə, 50 yaşlı Elçin Səfərov (ad və soyad şərtidir) bağçaya gəlib. Burada müəssisənin müdiri, keçmiş həyat yoldaşı olan Şəfiqə ilə (şərti ad) aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əvvəl qadını […]
Qumara görə cəzalar sərtləşdirilir: müsadirə, 5000 manat cərimə və 15 günlük həbs
Azərbaycanda qumar oyun qaydalarının pozulmasına görə cəzəlar sərtləşdirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan dəyişiklikdə əksini tapıb. Bu məcəllənin 525.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə […]










