Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib. xeberde.az xəbər verir ki, hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib. Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına […]
Hadisə
Tovuzda 19 yaşlı qız oğurlandı – 4 nəfər tutuldu
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan xeberde.az-a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, […]
Şimal bölgəsində məktəbləri sel basdı – Dərslər təxirə salındı
Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb. xeberde.az xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır. Xaçmazda dərslər təxirə salınan […]
Orta məktəbdə direktor xadimə ilə dalaşdı
Ağdam rayonunda orta məktəbdə dava olub. xeberde.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib. Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa […]
Yağıntılar 2 nəfərin ölümünə səbəb oldu
Dağıstanda Qejuxa su anbarında bəndin dağılmasından sonra Dərbənd rayonunun dörd mikrorayonundan ümumilikdə 4000-dən çox insan təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Bəyanata görə, Fövqəladə Hallar Nazirliyinin aviasiyası vəziyyəti izləmək üçün səfərbər edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Müslüm Devrişbekovun rəhbərlik etdiyi xüsusi qrup hadisə yerinə göndərilib. Qeyd edilib ki, ötən gün çayın […]
Bakıda ağac avtomobilin üstünə aşdı – FOTOLAR
Dünən axşamdan başlayan güclü külək və yağış Bakıda və ətraf ərazilərdə fəsadlara yol açıb. Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qırılan iri gövdəli ağac məhəllə sakininin şəxsi nəqliyyat vasitəsinin üzərinə aşıb. Hadisə nəticəsində “Ford” markalı avtomobilə ziyan dəyib. Lakin görünən odur ki, nə nəqliyyat vasitəsinin sürücüsünün, nə də yerli İcra Hakimiyyəti Orqanlarının hadisədən xəbəri var./Yeni […]
Türkiyədə qadın sərnişin bu zarafatına görə HƏBS EDİLDİ
Türkiyədə qadın uçuşa hazırlıq zamanı yersiz zarafat etdiyinə görə cəzalandırılıb. İstanbul məhkəməsi onu uçuş təhlükəsizliyinə təhdid yaratmaqda təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. “xeberde.az” bildirir ki, hadisə 2026-cı il fevralın 9-da “AJet” aviaşirkətinə məxsus İstanbul – Şanlıurfa reysi zamanı baş verib. Təyyarə Sabiha Gökçen hava limanında uçuşa hazırlaşırmış. Bu zaman iki […]
Hərbi Prokurorluğun qarşısında maşın yandı – FOTO
Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb. xeberde.az xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
İranda iki etirazçı edam edildi
İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar. xeberde.az xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb. “Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar”, – deyə məlumatda […]
Tələbə dəm qazından öldü
Gəncədə zəhərlənmə hadisəsi baş verib. igia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki 2007-ci il təvəllüdü L. Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Məlumata görə L. Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. […]










