Hadisə

Məhkəmə Tofiq Yaqublu barədə yekun qərar verdi

Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. xeberde.az xəbər verir ki, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb. Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib. Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum […]

Cəmiyyət Hadisə

Nizami Kino Mərkəzinin binasına zərər vurulub – Rəsmi AÇIQLAMA 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb. xeberde.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin […]

Hadisə

Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR

Abşeron rayonunun Hökməli qəsəbəsində son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində operativ və çevik tədbirlər həyata keçirilir. Qəsəbə ərazisində yağış sularının yaratdığı fəsadların qarşısının alınması üçün İcra hakimiyyəti və bələdiyyə qurumları birgə şəkildə səfərbər olunaraq əhalinin rahatlığının təmin edilməsi üçün gecə-gündüz fəaliyyət göstərirlər. Görülən işlər çərçivəsində küçə və məhəllələrdə toplanan […]

Bölgə Hadisə

Şəmkirdə qadın dərmandan zəhərlənərək öldü

Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. xeberde.az-ın məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü Z.Həsənova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 52 yaşlı qadına yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokrorluğunda […]

Bölgə Hadisə

Xocalıda ağır qəza – ANAMA-nın əməkdaşı öldü

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbərinə görə, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.(“Report.az”)

Bölgə Hadisə

Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub. xeberde.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə […]

Hadisə

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ olub. xeberde.az Ermənistan mediasının məlumatına görə, Martuni şəhərindən 15 km cənub-şərqdə 2,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Geğarkunik bölgəsinin Mədinə kəndində 2–3 bal gücündə hiss olunub. Hadisə nəticəsində dağıntı qeydə alınmayıb.

Hadisə

Bayram günlərində 12 nəfər qidadan zəhərləndi

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb. Naxçıvan MR “Yoluxucu Xəstəliklər Mərkəzindən xeberde.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.