Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Sürücünün hadisə yerindən yayındığı bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).
Hadisə
14 milyonluq sirr açılır – məhkəmədə “Atlant” izi güclənir
“Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub. xeberde.az xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs – Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa […]
Bakının mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə […]
Xəzərdə balıqçı batdı – Əraziyə helikopter cəlb edildi
Neft Daşlarının yaxınlığında balıqçı batıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb. Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb […]
Mərdəkan qəsri çökdü – FOTO
Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində 12 aprel tarixində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb. Bu barədə xeberde.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən […]
227 kq at ətini Bakıya gətirmək istədilər-BİRGƏ ƏMƏLİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb. xeberde.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini […]
Hacıqabul sakini itkin düşdü
Hacıqabul sakini itkin düşüb. xeberde.az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində […]
Ata Abdullayev QƏZAYA DÜŞDÜ
Bir müddət əvvəl həbsdən çıxan bloger Ata Abdullayev qəzaya düşüb. Bu barədə o, özü məlumat verib. “Bir müddət əvvəl digər hərəkət iştirakçısının diqqətsizliyi səbəbindən ağır yol-nəqliyyat hadisəsi keçirdim. Şükürlər olsun ki, hər şey salamatlıqla başa çatdı. Bu hadisə mənə bir daha göstərdi ki, yolda diqqətli olmaq insan həyatını xilas edir. Bütün sürücülərdən xahiş edirəm ki, […]
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. […]
Şirvanda kütləvi zəhərlənmə olub
Şirvanda kütləvi zəhərlənmə olub. xeberde.az xəbər verir ki, şəhər ərazisində yerləşən restonda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.










