Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir. Səfirlikdən APA-nın Moskva bürosuna verilən açıqlamada bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar. Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna […]
Hadisə
Quduzluqdan ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA
İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il […]
“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”
Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir. Məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb. O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib: “Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə […]
Bakıda 35 min manatlıq oğurluq
Paytaxtda oğurluq edənlər saxlanılıb. xeberde.az DİN-ə istinadən xəbıər verir ki, paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 000 manat dəyərində məişət əşyaları talamaları da məlum […]
20 yaşlı idmançı qəfil öldü
Ukraynalı bədii gimnast Yelizaveta Xorovinkina qəfil dünyasını dəyişib. 20 yaşlı idmançının ölümüm səbəbi hələlik bilinimir. Bildirək ki, Yelizaveta Xorovinkina Ukraynada idman ustası adına layiq görülüb və bir çox beynəlxalq turnirlərdə medallar qazanmağı bacarmışdı./
Mikelsin durumuna aydınlıq gəldi- Qabırğası əzilibmiş
“Karvan-Yevlax”la oyunda zədə alan “Sabah”ın futbolçusu Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
16 il parlamentin döşəməsini yuyan qadının sirri ifşa olundu – işdən qovuldu
Böyük Britaniyada inanılmaz hadisə üzə çıxıb – 16 il ərzində gecələr parlamentdə, gündüzlər isə “Deutsche Bank”da çalışan nigeriyalı qadın Mulikat Oqumodede işdən azad edilib. xeberde.az-ın xəbərinə görə, məlum olub ki, qadın 2008-ci ildən 2024-cü ilə qədər ardıcıl olaraq iki tam ştat işdə çalışıb: səhərlər saat 08:00-dan 17:00-dək bankda, gecələr isə 22:00-dan 06:00-dək parlamentin binasında döşəmə […]
Zaqatala və Balakən böyük təhlükə qarşısında – DÖVLƏT QURUMLARI HƏRƏKƏTƏ KEÇDİ
Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. Bu barədə “Report”un Şimal-qərb bürosuna Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib. Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir. Mərkəzdən verilən məlumata görə, yaşayış […]
Kür çayında bir nəfər batıb
Kür çayında bir nəfər batıb. Bu barədə xeberde.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var. xeberde.azxəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. […]










