Hadisə

Xətaidə ev çökdü: Sakinlər məcburi köçürüldü

Xətai rayonu ərazisində, Rəşid Bağırov küçəsi 36 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb. xeberde.az xəbər verir ki, evin döşəməsinin çökməsi nəticəsində sakinlər yaşayış yerini tərk etmək məcburiyyətində qalıblar. Ev sahibinin bildirdiyinə görə, hələ 2016-cı ildə qonşu tikilidə baş vermiş su borusu partlayışından sızan sular uzun müddət evin zirzəmisinə dolaraq binanın əsasını […]

Bölgə Hadisə

Sabiq icra başçısının oğlu tanışını güllələdi

Yevlaxda silahlı insident baş verib. xeberde.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir. Xatırladaq ki, Yevlaxın […]

Hadisə

Çobanlar yarım milyonluq heyvanları necə oğurladı? – Detalları AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib. Fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə “Xəzərxəbər”ə danışıb. F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri […]

Gündəm Hadisə

Direktor yaralandı, üstəlik 1000 manat cərimələndi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib. Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, […]

Hadisə

Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan […]

Hadisə

DTX xarici ölkəyə işləyən silahlı şəxsi həbs etdi

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Siyafət Heydər oğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. xeberde.az DTX-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyevin xarici ölkə […]

Hadisə

Anar Mehdiyevə cinayət işi açıldı – Yarım milyondan çox yeyinti

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur. A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik. Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.

Dünya Hadisə

25 yaşlı azərbaycanlı Moldovadan deportasiya edildi – ŞOK SƏBƏB

Moldovanın Miqrasiya Xidməti ölkə ərazisindən 25 yaşlı Azərbaycan vətəndaşını çıxarıb. Onun Moldovaya girişi beş il müddətinə qadağan edilib. Moldova KİV-lərinin məlumatına görə, baş verən hadisə Yeni il gecəsi Kişinyovdakı Böyük Milli Məclis meydanında təşkil olunan mədəni tədbir zamanı baş verib. Azərbaycan vətəndaşı kütlənin üzərinə fişəng ataraq insanların həyatını təhlükəyə atıb. Moldova polisi şübhəli şəxsi müəyyən edib […]