Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb. xeberde.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin […]
Hadisə
Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
Abşeron rayonunun Hökməli qəsəbəsində son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində operativ və çevik tədbirlər həyata keçirilir. Qəsəbə ərazisində yağış sularının yaratdığı fəsadların qarşısının alınması üçün İcra hakimiyyəti və bələdiyyə qurumları birgə şəkildə səfərbər olunaraq əhalinin rahatlığının təmin edilməsi üçün gecə-gündüz fəaliyyət göstərirlər. Görülən işlər çərçivəsində küçə və məhəllələrdə toplanan […]
Şəmkirdə qadın dərmandan zəhərlənərək öldü
Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. xeberde.az-ın məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü Z.Həsənova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 52 yaşlı qadına yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokrorluğunda […]
Ələtdə 2 yaşlı uşaq öldü
Qaradağ rayonunda azyaşlı ölüb. xeberde.az xəbər verir ki, hadisə martın 30-da Ələt qəsəbəsində vaş verib. Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb. Araşdırma aparılır.
Xocalıda ağır qəza – ANAMA-nın əməkdaşı öldü
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbərinə görə, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.(“Report.az”)
Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO
Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub. xeberde.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə […]
Ermənistanda zəlzələ oldu
Ermənistanda zəlzələ olub. xeberde.az Ermənistan mediasının məlumatına görə, Martuni şəhərindən 15 km cənub-şərqdə 2,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Geğarkunik bölgəsinin Mədinə kəndində 2–3 bal gücündə hiss olunub. Hadisə nəticəsində dağıntı qeydə alınmayıb.
Bayram günlərində 12 nəfər qidadan zəhərləndi
Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb. Naxçıvan MR “Yoluxucu Xəstəliklər Mərkəzindən xeberde.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.
Husilər İsrailə raket zərbələri endiriblər
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib. xeberde.az xəbər verir ki, bu barədə “Asharq News” husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. “Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb”, – məlumatda bildirilib. Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.
Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif […]










