Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bu barədə xeberde.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar: “Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post […]
Cəmiyyət
Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir – ARAŞDIRMA
Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrimizdə intensiv xarakterli yağışlar müşahidə edilir. Müşahidə olunan güclü yağıntılar bir daha göstərir ki, iri şəhərlərdə hava şəraiti bəzən gündəlik həyatın ritmini dəyişə bilir. Bu isə yalnız bir şəhərə xas hal deyil kimi qiymətləndirilmir. Qısa müddətdə normanı aşan yağış dünyanın bir çox inkişaf etmiş paytaxtlarında […]
Su basmış ərazilərdən insanlar təxliyə edilir – VİDEO
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycanda ən çox və ən az kredit verilən 7 iqtisadi rayon – SİYAHI
Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb. xeberde.az xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir. İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub. Mil-Muğan […]
Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif […]
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər
Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. Əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb. Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb. […]
Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı
Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Səmada müşahidə ediləcək PUA aktivliyi ilə […]
İyunun 14-də “Son zəng” olmayacaq
Azərbaycanda bu il “Son zəng” tədbiri iyunun 14-də deyil, 12-də keçiriləcək. Bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır. Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” mərasimi bu il iyunun 12-də baş tutacaq.
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. “Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ […]










