Cəmiyyət

Layiqli humanitar körpü

Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin – Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə […]

Cəmiyyət

Əməkdaşlığın səmərəliliyi sürətlə artır

  Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan […]

Cəmiyyət

İqtisadi imkanlar  bir-birini tamamlayır

Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. […]

Cəmiyyət

İki qardaş xalqın münasibətləri ali  səviyyədədir

 Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi. […]

Cəmiyyət

Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq

 Özbəkistan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən parlaq nümunəsidir. Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq, iki dövlət rəhbərləri arasında formalaşmış şəxsi etimad münasibətləri siyasi dialoqu daha da gücləndirib.   2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz […]

Cəmiyyət

Özbəkistan-Azərbaycan münasibətləri əməkdaşlığın parlaq nümunəsidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkib. Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. İki qardaş ölkə arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin […]

Cəmiyyət

Xanımına iş düzəltdi, özünə baha başa gəldi –keçmiş baş nazir cəzalandırıldı

Fransanın keçmiş baş naziri Fransua Fiyon (François Fillon) həyat yoldaşının saxta işlə təmin olunması işi üzrə məhkumluğundan sonra ölkənin ən yüksək dövlət təltifi olan “Fəxri Legion” (Légion d’honneur) ordenindən 10 il müddətinə uzaqlaşdırılıb. xeberde.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə POLITICO yazıb. Qərar cümə axşamı Fransanın rəsmi qəzetində dərc edilib. Təltif üzrə intizam […]

Cəmiyyət

Keçmiş direktor vəfat etdi

Uzun illər İsmayıllı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru işləmiş Nadir Hacıyev vəfat edib. Mərhum bir neçə il əvvəl təqaüdə çıxmışdı. N.Hacıyev çoxsaylı istedadlı şahmatçıların yetişməsində böyük əmək və xidmət göstərib./Unikal/

Cəmiyyət

Aviabiletlər daha əlçatan olacaq – SƏRƏNCAM

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Qeyd olunur ki, Azərbaycan […]

Cəmiyyət

Bakıda uşaq xəstəxanasında antisanitar şərait – FOTOLAR

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb. Görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib. Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir./Unikal/