Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə […]
Cəmiyyət
Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. xeberde.az-ın məlumatına görə, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna görə, şəkərli diabet xəstəliyinə tutulmuş […]
Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb
Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib. “xeberde.az” agentliyə istinadən xəbər verir ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir. Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 […]
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib. xeberde.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbirsitanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(qafqazinfo)
Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü-gündən inkişaf edir.
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də […]
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir
“Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir”. Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib. “Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir”, – deyə dövlətimizin başçısı əlavə edib. Miriyeva […]
“Space TV”yə xəbərdarlıq edildi
Audiovizual Şura “Space TV”nin efirində yayımlanan “Banu” proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi ilə bağlı kanala xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Qeyd edilib ki, sözügedən görüntülər kanalda bu ilin oktyabrın 8-də, saat 22.06-23.09 arası nümayiş olunub. Proqramın həmin buraxılışı cari ilin iyulun 1-də qüvvəyə minmiş […]
AZAL təyyarəsindəki sərnişin: “Pilotlar çox peşəkar davrandılar”
Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. Rəsmi açıqlamada bildirilir ki, “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən […]
Ayı hücumlarının artmasına səbəb nədir? – AÇIQLAMA
Son günlər bir neçə bölgədə ayıların insanlara hücüm hallarının artması müşahidə olunur. Ən son Naxçıvanda belə hala rast gəlinib və 2 nəfər yaralanıb. xeberde.az sözügedən hadisənin artmasının səbəbini müəyyənləşdirmək üçün biomüxtəliflik üzrə eskpert Zülfü Fərəcli ilə əlaqə saxlayıb. O, ayıların hücumunun səbəbini insanların təbiətə daha çox çıxması və ayıların qış yuxusuna getməzdən əvvəl qida əldə etmək istəyi ilə izah […]
Dabaq təhlükəsi: tələf olmuş heyvanlar satışa çıxarılır
Son zamanlar dabaq xəstəliyinin ölkənin bəzi bölgələrində yayılması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Xüsusilə xəstə və ya tələf olmuş heyvanların ətinin müxtəlif yollarla satışa çıxarılması ilə bağlı yayılan iddialar məsələni daha da aktuallaşdırıb. xeberde.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, xəstə və ya ölmüş heyvanların ətinin dövriyyəyə çıxarılması, əslində, uzun illərdir Azərbaycanda mövcud […]










