Cəmiyyət

17 Oktyabr – Füzuli şəhəri günü

   Beş il əvvəl – 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri […]

Cəmiyyət

Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü və Zəngəzur qəzasının formalaşması

XIX əsrin əvvəlləri Qafqaz regionunun siyasi və inzibati tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalmışdır. Bu dövrdə Rusiya imperiyasının Qafqazı işğalı bölgənin tarixi inkişafını, inzibati bölgüsünü və etno-demoqrafik mənzərəsini köklü şəkildə dəyişdirmişdir. Azərbaycan torpaqlarının tədricən Rusiya imperiyasına birləşdirilməsindən sonra, imperiya hakimiyyəti regionda idarəçiliyi mərkəzləşdirmək və hərbi nəzarəti gücləndirmək məqsədilə yeni inzibati-ərazi bölgü siyasəti həyata keçirmişdir. […]

Cəmiyyət

Füzuli rayonunun coğrafi mövqeyi və təbii xüsusiyyətləri

Azərbaycanın qədim və strateji əhəmiyyətə malik bölgələrindən biri olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Coğrafi mövqeyinə görə Füzuli həm dağlıq, həm də düzənlik relyef formalarına malikdir ki, bu da onun təbiətinin və təsərrüfat həyatının rəngarəngliyinə səbəb olur. Füzuli rayonu Cəbrayıl, Xocavənd, […]

Cəmiyyət

Müttəfiqlik münasibətlərinin yeni üfüqləri

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.  Dövlətimizin başçısı deyib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə […]

Cəmiyyət

Zəngilanın gələcəyi daha gözəl olacaq

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamdan irəli gələrək, Azərbaycanda hər il 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir. İşğaldan əvvəl rayon əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Ərazisindən axan çayların bol sulu olmasına görə sakinləri həm bir […]