Cəmiyyət

Texnoloji inkişafa diqqət

      Prezident İlham Əliyev AMEA-nın 80 illiyi münasibətilə keçirilmiş yığıncaqda bəyan etmişdir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək […]

Cəmiyyət

Ana dilimizi qoruyub saxlamaq müqəddəs borcumuzdur

       Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu fikri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.       Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan […]

Cəmiyyət

Ulu Öndər Heydər Əliyevin elmin inkişafına qayğısı

       Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti vurğulayıb ki,   Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər […]

Cəmiyyət

Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR

Azərbaycanda bir sıra şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılır. xeberde.az-ın əldə etdiyi xəbərə görə, bu barədə məlumat “Sosial sığorta haqqında” haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növlərində, eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində çalışanlar minimum aylıq […]

Cəmiyyət Ölkə

16 mindən çox adama qrip əleyhinə peyvənd vurulub – RƏSMİ

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks epidemik tədbirlər həyata keçirilir. 8 oktyabrdan 2 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 562 nəfər qrip əleyhinə peyvənd olunub. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 0-17 yaş aralığı 2 352 […]

Cəmiyyət Ölkə Sosial

Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. xeberde.az-ın məlumatına görə, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir: “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. […]

Cəmiyyət

Uşaqlar arasında virus yayılıb: Valideynlər nə etməlidirlər?

Son günlər ölkədə uşaqlar arasında səpki, qusma, ishal və halsızlıq kimi simptomlarla müşahidə olunan xəstəlik yayılıb. Bu, azyaşlıların səhhətində ciddi problemlər yaratmaqla yanaşı, onların dərs davamiyyətini də aşağı salıb. xeberde.az xəbər verir ki, pediatr-infeksionist Aytən Ziyadova “Yeni Sabah”a açıqlamasında bildirib ki, son günlər klinikalara gətirilən uşaqlarda səpki, ishal, qusma və halsızlıq kimi əlamətlər daha çox […]

Cəmiyyət Hadisə

Azərbaycanda alim ölüb – FOTO

Azərbaycanda alim ölüb. xeberde.az-ın məlumatına görə, dosent İbrahimxəlil İbrahimov 87 yaşında  vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, dosent əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi və menecment kafedrasında çalışıb.

Cəmiyyət Kriminal manset

“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”

Bakıda yetkinlik yaşına çatmayan qızı aldadaraq intim münasibətdə olan və ondan xeyli miqdarda pul alan gəncin məhkəməsi keçirilib. xeberde.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində – “Tarqovıy” məhəlləsində baş verib. 1999-cu il təvəllüdlü Rusiya vətəndaşı İbrahim Məhərrəmov “Weplay” internet oyununda 15 yaşlı İradə Əsədova (şərti ad-soyadlı) ilə tanış olub. O, daha sonra ünsiyyəti “Snapchat” […]

AKTUAL Cəmiyyət Gündəm

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – Siyahı

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. xeberde.az “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” […]