Qida Təhlükəsizliyi Agentliyində növbəti kadr təyinatı baş tutub. xeberde.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Samir Mehralıyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri vəzifəsinə təyin edilib. O, son təyinatdan əvvəl Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərib və bir sıra digər dövlət qurumlarında da çalışıb. S.Mehralıyev əvvəllər Sabunçu Gənclər Evində direktor vəzifəsində çalışıb, həmçinin Gənclər və İdman Nazirliyində fəaliyyət göstərib. Qeyd edək ki, […]
Cəmiyyət
Həkimə birbaşa müraciət niyə ödənişli EDİLİR…
“Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – mahiyyət etibarilə texniki yox, sistemin gələcək davranışını formalaşdıran strateji qərardır. xeberde.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı çıxış edən deputat Müşfiq Məmmədli bildirib. “Söhbət Azərbaycan üzrə […]
XX əsrin ən böyük faciəsi
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Ulu Öndər […]
Xocalı soyqırımı yaddaşımızdan silinməyəcək
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 34 il ötür. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc […]
Xocalı qətliamı beynəlxalq cinayətdir
Xocalı soyqırımı beynəlxalq cinayətdir, bu hadisə bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Bu kütləvi insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi dəyərləndirilməlidir. Erməni cinayətlərinin […]
Bəşəriyyətə və insanlığa qarşı terror
XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki sopyqırımı kimi dəhşətli faciələr ilə bir sırada dayanır. Azərbaycan xalqı 200 ildən artıq müddət ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik […]
Xocalı soyqırımı xalqımızın qanlı faciəsidir
Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcək. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına həyata keçirilən faciəsidir. 1992-ci ildə qanlı faciəyə kimi Xocalıda 7 min əhali yaşayırdı. İşğal olunmazdan əvvəl […]
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti Ulu öndər Heydər Əliyev verdi
Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. O vaxt müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın vəziyyəti əvvəlcədən planlaşdırılmamış siyasət, həmçinin 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində xeyli pisləşmişdi. Yaranmış gərgin şəraitdə dövlətin bəzi qurumları acizlik nümayiş etdirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet […]
Nazir müavinləri vəzifəsindən azad olunublar – SƏRƏNCAM
Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar. xeberde.a-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi. Cəbrayıl Eldar oğlu Xanlarov Orucəli Hacıyevi əvəz edib. O bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi. Bundan […]
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.










