Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. “Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları […]
Cəmiyyət
“Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək” – Nazirlikdən AÇIQLAMA
Məlum olduğu kimi Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib. Sosial şəbəkələrdə, bir sıra mətbuat orqanlarında attestasiyadan keçə bilməyən müəllimlərin musiqi məktəblərindən işdən çıxarıldığına dair iddialar yayılıb. xeberde.az diqqətinizə çatdırır ki, bununla bağlı nazirlikdən bildirilib: “Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası həyata keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin […]
Aliment ödəyənlərin diqqətinə: Yeni qayda gəlir!
Valideyn məbləğin artırılmasını tələb edirsə, bunu sübut edəcək faktları təqdim etməlidir – hüquqşünasdan izah Ölkədə aliment ödəmə qaydaları ilə bağlı mühüm dəyişikliklər edilib. Belə ki, əvvəllər aliment alan şəxslər məbləğin artırılması üçün hər il yenidən iddia qaldırmalı olurdu. Lakin yeni qaydalar bu çətin prosesi geridə qoyur və aliment məbləğinin sabit şəkildə ödənilməsini nəzərdə tutur. Bu […]
Küçələri “musiqi meydanı”na çevirənləri CƏZA GÖZLƏYİR
Bakının küçə və prospektlərində son illərdə yeni “səs mədəniyyəti” formalaşıb. Xüsusən gənc sürücülər avtomobillərinə quraşdırdıqları səsgücləndiricilər vasitəsilə küçələri “musiqi meydanı”na çevirirlər. Mərkəzi küçələrdə, xüsusən axşam saatlarında avtomobillərdən yayılan yüksək səsli musiqilər artıq şəhər sakinlərinin gündəlik narazılıq səbəblərindən birinə çevrilib. Musiqi janrları isə rəngarəngdir.. Bəzən tək bir avtomobilin səsi bir neçə küçəni əhatə edir. Yaşlılar, körpəsi olan ailələr, […]
Azərbaycanda bu qəzetin çapı dayandırılır – FOTO
“Mədəniyyət” qəzetinin çapı dayandırılıb. Bu barədə xeberde.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək. Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə […]
Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir.
Azərbaycan xalqı uzun illər ciddi humanitar fəlakətlə üzləşmiş, bir milyondan çox insan erməni təcavüzü nəticəsində öz doğma yurdlarından köçkün düşmüşdür. Ölkəmizin ərazilərinin təxminən 20 faizi işğal altında qalmış, lakin beynəlxalq ictimaiyyət bu haqsızlığa qarşı gözlənilən reaksiyanı göstərməmişdir. Azərbaycan bu münaqişəni həm döyüş meydanında, həm də diplomatik platformada həll edərək öz ərazi bütövlüyünü bərpa […]
Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Bu səfər Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə stimul verəcək. Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq son dövrlərdə dinamik şəkildə inkişaf edir. 2024-cü ilin ilk iki ayında […]
Bəylər Əyyubova ağır itki üz verdi
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova ağır itki üz verib. xeberde.az xəbər verir ki, generalın bacısı qızı Xalidə Şahverdiyeva vəfat edib. O, insultdan dünyasını dəyişib. Qeyd edək ki, Xalidə Şahverdiyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi general-leytenant Mayıl Şahverdiyevin bacısıdır.
“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”
“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”. Bu sözləri xeberde.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən […]
İkitərəfli münasibətlərin müsbət inkişaf dinamikası
Azərbaycan dövlətinin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Artıq 33 ildir ki, diplomatik münasibətlərin qurulduğu Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. […]